Bütün xəbərlər
Kişi pəncərədən şüşə ataraq uşağın başını əzib
Tarix: 04-09-2025 16:00 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun Krasnoselski rayonunda polis Kinqiseppskoe şossesində yaşadığı mənzilin pəncərəsindən şüşə butulkalar atan 34 yaşlı yerli sakini saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, atılan zərbələrdən biri nəticəsində 6 yaşlı uşaq başından əzilmiş yara alıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, hadisə sentyabrın 2-də baş verib.
Hadisə şahidləri onlarla əlaqə saxladıqdan və xəstəxanadan yaralı uşaq barədə məlumat daxil olduqdan sonra polis şübhəli şəxsi saxlayıb. Uşağa tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq evə göndərilib.
Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxs həbsdədir.

İstintaq tədbirləri davam etdirilir.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb