14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Uşaqlı qadını silahla hədələyən kişilər saxlanılıb
Tarix: 16-08-2025 21:12 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda polis ticarət mərkəzinə gələnləri qumbara və tapança ilə hədələyən iki sərxoş kişini saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qurbanlar arasında uşaqları olan qadın da var.
Hadisə avqustun 15-də axşam saatlarında Dolqoozernaya küçəsində yerləşən ticarət mərkəzində baş verib. Cinayəti törədənlər şəhərin Primorsk rayonunun 45 yaşlı sakini və Sestroretsk şəhərinin 49 yaşlı sakini olub. Onlardan biri əvvəllər məhkum olunub.
Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin Telegram kanalına istinadən xəbər verir ki, şəxslərdən pnevmatik qumbara və pnevmatik tapança götürülüb. Cinayət işinin başlanması məsələsi həll edilir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər