Bütün xəbərlər
İtkin düşən 17 yaşlı qızı beşinci gündür axtarırlar
Tarix: 12-07-2024 19:31 | Bölmə: Cəmiyyət

Tver vilayətində polis və könüllülər 17 yaşlı Yelizaveta Stepanovanın axtarışlarını beşinci gündür ki, davam etdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Selijarovo kənd sakini iyulun 8-də səhər saatlarında evdən çıxıb və o vaxtdan onun harada olması barədə məlumat yoxdur. O, əlaqə saxlamır.
Ehtimallara görə, Elizabet qara köynək, qara şort və ağ idman ayaqqabısı geyinib.
Tver Dövlət Televiziya və Radio Yayımları Şirkəti xəbər verir ki, qızın boyu 164 sm, arıq bədən quruluşlu, qəhvəyi gözləri, bob saç düzümü, çəhrayı zolaqlı qara saçları var.
Müstəntiqlər araşdırma aparır və itkin düşən şəxs haqqında nəsə bilənlərdən Tver vilayəti üzrə İstintaq İdarəsinə müraciət etmələrini xahiş edirlər.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər