Bütün xəbərlər
Mühafizəçiyə hücum etdi, pencəyi götürüb qaçdı
Tarix: 23-04-2022 16:41 | Bölmə: Cəmiyyət

                    Mühafizəçiyə hücum etdi, pencəyi götürüb qaçdı


Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutulub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə zamanı mühafizəçinin başına xəsarət yetirən naməlum şəxs pul və başqa qiymətli əşya tapa bilməyərək zərərçəkənin pencəyini götürüb qaçıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib. A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər