21:37 / 13-10-2026
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
21:34 / 13-10-2026
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
21:24 / 13-10-2026
Avtomobil üç uşağı vurub; sürücü sərxoş olub
21:18 / 13-10-2026
Tramp: "ABŞ münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə işləyir"
20:56 / 13-10-2026
Ryabkov: "Putin və Tramp arasında telefon danışığının nəticələri çoxlarını heyrətləndirdi"
20:49 / 13-10-2026
Telefonları doldurduğu deyilən daş aşkar edilib
20:43 / 13-10-2026
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
20:40 / 13-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevin neft tankerlərinə hücumlarının məqsədini açıqlayıb
20:37 / 13-10-2026
Vilayətin üzərindən quyruğu olan bir od topu uçdu
20:34 / 13-10-2026
FSB yapon jurnalist-casusun necə saxlanıldığını göstərdi
20:28 / 13-10-2026
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
09:30 / 13-10-2026
Filmin sonu ayrıca bir film idi... - Video
09:26 / 13-10-2026
Panama zəlzələsində 6000-dən çox insan xəsarət alıb
09:24 / 13-10-2026
Tramp Çin və Rusiyanın İranı dəstəkləmədiyinə əmindir
09:22 / 13-10-2026
NATO qoşunlarını sürətlə ucuz hücum silahları ilə təchiz edir
09:18 / 13-10-2026
Almaniya, İtaliya və Belçika AK qərarlarının dayandırılması üçün mexanizmin yaradılmasını tələb ediblər
09:12 / 13-10-2026
Rusiyaya qarşı sanksiyalar Serbiyanın AB-yə qoşulması üçün şərtə çevrildi
09:07 / 13-10-2026
KXDR liderinə gözlənilməz hədiyyə təqdim etdi
22:51 / 12-10-2026
Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib
22:47 / 12-10-2026
Hörmüz boğazında tankerə mərmi dəydi
22:41 / 12-10-2026
Britaniya Baş naziri İranın RAF Fairforddakı hadisədə iştirak etdiyini iddia etdi
22:36 / 12-10-2026
Çin Asiya-Sakit Okean bölgəsində dəniz maraqlarını və gəmiçiliyi qorumaq üçün Rusiya ilə işləməyə hazırdır
22:31 / 12-10-2026
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
22:28 / 12-10-2026
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
22:22 / 12-10-2026
Kallas: "AB Qırmızı dəniz əməliyyatı üçün gəmilər yığa bilmir"
22:18 / 12-10-2026
Merz AB-nin Rusiya dizelinə qarşı sanksiyaların qaldırılmasını rədd etdi
22:15 / 12-10-2026
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
22:10 / 12-10-2026
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
22:06 / 12-10-2026
"Mən tarixin ən böyük oyunçusuyam, nöqtə": Ronaldo futbol karyerası haqqında
22:03 / 12-10-2026
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
22:00 / 12-10-2026
Turist avtobusu aşıb, beş nəfər yaralanıb
21:57 / 12-10-2026
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
21:53 / 12-10-2026
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
21:50 / 12-10-2026
Livanla sərhəddə baş verən partlayışda bir israilli məktəbli həlak olub, 18 nəfər yaralanıb
MƏNALI ÖMRÜN 70 İLİ-Rəşad ZÜLFÜQAROV
Tarix: 21-01-2021 00:06 | Bölmə: Cəmiyyət

Görkəmli alim, elm təşkilatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin 70 yaşı tamam olur.
İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə isə tarix elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını alıb. 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim kimi başlayıb, 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyərinin üzvü seçilib.
İsmayıl Hacıyevin elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, Vətən tarixinin müxtəlif maraqlı və çətin sahələrini əhatə edir. Onun elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, milli dövlətçilik tariximiz, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqəsi, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımları, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur.
İsmayıl Hacıyev 54 monoqrafiya, kitab, dərs və tədris vəsaitləri, kitabçalar, 430-dan çox elmi, 320-dən artıq qəzet məqaləsi olmaqla, ümumilikdə 750-ə yaxın elmi və elmi-kütləvi əsərin müəllifidir. Onun tədqiqat əsərlərindən 1 kitab, 3 monoqrafiya, 80-dən çox elmi məqalə müxtəlif dünya ölkələrində nəşr olunmuşdur. Görkəmli alim “Tarixdə və günümüzdə Naxçıvan”, “Naxçıvan və naxçıvanlılar”, “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011)”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası-90. Quruculuq salnaməsi”, “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Araz-Türk Respublikası”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1995-2019)”
“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” (Azərbaycan və Rus dillərində) və adlarını sadalamadığımız onlarla monoqrafiya və kitabın müəllifidir. Tanınmış alimin rəhbərliyi və müəlllifliyi ilə ümumiləşdirici və fundamental əsərlər, ensiklopediyalar, atlaslar işıq üzü görüb. “Naxçıvan ensiklopediyası” (2 cilddə), “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan tarixi atlası”, “Naxçıvan tarixi” (3 cilddə), “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan coğrafiyası” (2 cilddə) belə nəşrlərdəndir. O, müxtəlif illərdə Rusiya, Türkiyə, İran İslam Respublikası, İngiltərə, Polşa, Misir Ərəb Respublikası, Çexiya, Cənubi Koreya, Tunis, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İtaliya və Xorvatiyada keçirilən elmi tədbirlərdə ölkə elmini layiqincə təmsil etmişdir. Alimin rəhbərliyi altında 20 fəlsəfə və 9 elmlər doktoru müdafiə edib.
Ölkə Prezidentinin Sərəncamları ilə yaradılan Milli Ensiklopediya və Dövlət Mükafatları komissiyasının üzvü, AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiyası Şurasının sədri, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının baş redaktorudur. Rəhbərlik etdiyi dissertasiya şurasında bir sıra xarici ölkə vətəndaşları da daxil olmaqla 110-dan artıq iddiaçı dissertasiya müdafiə edərək elmi dərəcələr almışlar. II Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (2000-2005), III-IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-2015) seçilib.
Bir çox dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Əməkdar elm xadimi fəxri adına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xatirə medalına, Fəxri Fərmanına, 1918-2018 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı, AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülüb.
Yubileyi münasibəti ilə görkəmli alimi təbrik edir, ona möhkəm can sağlığı, həyat və fəaliyyətində yeni uğurlar arzulayırıq.
Rəşad ZÜLFÜQAROV,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru
Baxış sayı: 722
Bölməyə aid digər xəbərlər

Dünən, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
30-09-2026, 20:11
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
27-09-2026, 22:07
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
27-09-2026, 21:28
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
24-09-2026, 22:52
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
24-09-2026, 22:43
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
24-09-2026, 18:39
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
24-09-2026, 15:43
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
24-09-2026, 15:31
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
23-09-2026, 21:09
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
23-09-2026, 19:35
Taxıl elevatorunda bir qadın ölüb
23-09-2026, 19:09
Sərxoş kişi kafedə qarışıqlıq yaradıb
22-09-2026, 18:28
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22-09-2026, 17:39
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib