Bütün xəbərlər
Abşeronda daş karxanasının maşinistinə tülkü hücum edərək xəsarət yetirib
Tarix: 04-08-2018 17:18 | Bölmə: Cəmiyyət

                                     

 Abşeron rayonundakı daş karxanalarından birində maşinist işləyən şəxs tülkü hücumuna məruz qalıb. 
 "Report"un məlumatına görə, Lerik rayon sakini, karxanada mişar daşı doğrayan maşının sürücüsü Cəfər Çaparxan oğlu Cəfərov iş vaxtı istirahət etdiyi zaman tülkü ona hücum çəkərək dişləyib.
Nəticədə maşinist qaş nahiyəsindən xəsarət alıb və təcili tibb məntəqəsinə çatdırılıb. Həkimlər C.Cəfərovun qaş nahiyəsinə tikiş atıb, lazımi tibbi prosedurlardan keçdikdən sonra evə buraxıblar.


Baxış sayı: 870


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib