Bütün xəbərlər
Qubada dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub
Tarix: 30-07-2018 18:10 | Bölmə: Cəmiyyət

Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.


Baxış sayı: 664


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib