Bütün xəbərlər
Bu gün qocaman pedaqoq Mikayıl Cəbrayılovun ad günüdür
Tarix: 01-07-2018 13:22 | Bölmə: Cəmiyyət

    Qocaman pedaqoq,dəyərli,sadə,səmimi insan,gözəl ziyalı Mikayıl Cəbrayılov 1952-ci ildə iyun ayının 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Sumqayıt şəhərinə gəlib. Sumqayıt Politexnik Texnikumunu bitirib.
    1974-cü ildə “SK” zavoduna işə düzəlib,oradan  göndərişlə Texniki Peşə Məktəbinə işə göndəriblər. Orda istehsalat təlimi ustası,komsomal təşkilatının katibi,həmkarlar təşkilatının  sədri işləyib. Yaxşı işlədiyimə görə Fəxri fərman və ordenlə təltif olunub.
     1993-cü ildə onun üçün doğma və əziz olan Sumqayıtda Yeni Azərbaycan Partiyasını yaradanların sırasına qoşulub. Özü belə deyir : ”Bugünkü günü qədər mən bu partiyadayam. Fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ailə üzvülərimdə bu partiyanın üzvüdürlər”.
    2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. 2000-ci ildə 15 saylı orta məktəbə göndərilib və orda əmək müəllimi kimi fəaliyyətə başlayıb. Hal-hazırda təqaüddədir.
    Yaşadığı ərazidə Ağsaqqallar Şurasının və Məhəllə Komitəsinin sədridir. Ona verilən tapşırıqları canla-başla yerinə yetirir.
Əksər insanlar kimi Sumqayıt şəhərində görülən abadlıq və quruculuq işləri də Mikayıl müəllimin ürəyincədir:”Sumqayıtda olan son iki il yarımda olan yenilikləri nəzərə salsaq- Zakir Fərəcov cənabları Sumqayıt şəhərinə gələndən sonra demək olar ki, şəhər başdanbaşa dəyişib. Şəhərimizin başdanbaşa dəyişməsi,gözəlləşməsi sakinlərin ürəyincə oldu. “Bulvar”ın salınması, şahmat və musiqi məktəblərinin və bir çox obyektlərin açılması,yaşıllıqların,yolların salınması göz qabağındadı... Çox sevinirəm ki, ölkə Prezidentinin diqqət mərkəzində olan Sumqayıt şəhəri günü- gündən gözəlləşir,inkişaf edir”.
Sabaha-inamla.az saytının kollektivi başda Namiq Məmmədli olmaqla Mikayıl müəllimi səmimi qəlbdən təbrik edir,ona uzun ömür,can sağlığı və işlərində uğurlar arzulayırlar!
Sabaha-inamla.az


Baxış sayı: 1 005


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib