Bütün xəbərlər
Baş leytenantımız dünya çempionu oldu
Tarix: 05-06-2018 16:22 | Bölmə: Cəmiyyət




Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə mayın 30-dan iyunun 6-dək İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun 2 idmançısı baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.
Yarışların tapançadan 25 metr məsafədən atış növündə iştirak edən təmsilçimiz Ruslan Lunev Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.







Baxış sayı: 853


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib