Bütün xəbərlər
Bu lampa 116 ildir sönmədən yanır
Tarix: 29-11-2017 10:21 | Bölmə: Sosial
ABŞ-ın Kaliforniya ştatında yanğınsöndürmə briqadalarının birində 1901-ci ildə quraşdırılan lampa bu gün də yanır.
116 ildir tavandan asılan lampa bu vaxta qədər sadəcə 3 dəfə elektriklərin kəsilməsi səbəbindən sönüb. Livermore Yanğınsöndürmə İdarəsində olan lampanın maraqlı hekayəsi 1972-ci ildə üzə çıxıb.
Belə ki, ən yaxşı lampa hazırlamaqda Edisonla rəqabətə girən Adolf Çailet adlı ixtiraçı heç sönməyən bir lampa hazırlamaq qərarına gəlir və sözügedən lampa da bu şəkildə icad edilir.
Vaxtilə 60 vattlıq olaraq hazırlanan lampa bu gün ətrafa sadəcə 4 vat işıq yaya bilir. Lampanın bu qədər uzun müddət sönməməsinin səbəbi isə planlı şəkildə çalışma mexanizminə sahib olmasıdır.
2001-ci ildə 100 yaşı qeyd olunan lampa Ginnesin Rekordlar Kitabına da düşüb.


Baxış sayı: 1 014


Bölməyə aid digər xəbərlər