Bütün xəbərlər
Zeynəb Xanlarova növbədənkənar parlament seçkilərində iştirak etməyəcək
Tarix: 09-01-2020 03:01 | Bölmə: Siyasət

                     

Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. 
“Report”un əldə etdiyi məlumata görə, 83 yaşlı deputat namizədliyini irəli sürməyib. 
Z.Xanlarova sonuncu dəfə Milli Məclisə 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi. 
Qeyd edək ki, Z.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-V çağırış) deputatı olub.


Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər