Bütün xəbərlər
Şagirdi sillələyən müəllimə qarşı iş açılıb
Tarix: 19-02-2025 23:31 | Bölmə: Sosial

Samara müstəntiqləri müəllimin məktəbliyə qarşı qanunsuz hərəkətlər etməsi faktı ilə bağlı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iş Rusiya Federasiyası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanın tərbiyəsi ilə bağlı vəzifələrin lazımınca yerinə yetirilməməsi maddəsi ilə açılıb.
İstintaqın məlumatına görə, Samara məktəblərindən birinin müəllimi şagirdə qarşı qanunsuz hərəkətlər edib.Hadisə şahidlərindən biri hadisəni videoya çəkərək internetə yerləşdirib.
Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsinin Telegram kanalında verdiyi məlumata görə, cinayət işi üzrə hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş zəruri istintaq hərəkətləri aparılır.
Yerli media bildirir ki, şagird gündəliyini ona verməkdən imtina etdikdən sonra müəllim oğlana sillə vurub.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb