Bütün xəbərlər
“Çox abituriyent ali məktəbə daxil ola bilər, amma bitirənlər az olmalıdır”
Tarix: 06-02-2025 16:32 | Bölmə: Sosial

                  cox-abituriyent-ali-mektebe-daxil-ola-biler-amma-bitirenler-az-olmalidir



“Məktəbdə dərs deyən müəllim həm də öz şagirdinə repetitorluq edirsə, bu, etik deyil”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müəllim öz biliklərini dərsdə şagirdlərə öyrətməlidir:
“Müəllim digər şagirdlərə repetitorluq edə bilər. Əgər desək ki, biz repetitorluğu ləğv edirik, bu 10 -100 minlərlə uşağın həyatına təsir edir. Nə qədər ki, biz ali təhsili “defisit” saxlayacağıq, belə problemlər olacaq.
Ali təhsilə giriş geniş olmalıdır. Əslində çox abituriyent ali məktəbə daxil ola  bilər, amma bitirənlərin sayı az olmalıdır”.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
28-01-2025, 10:24 Buz keçidi açılıb
25-01-2025, 23:15 Lotereyada milyon qazandı
25-01-2025, 09:58 Məktəb binası yanıb