Bütün xəbərlər
Millət vəkilləri Xüsusi təyinatlı qüvvələrin Baş giziri Firuz Əhmədovun dəfn mərasimində iştirak ediblər
Tarix: 14-09-2022 18:01 | Bölmə: Sosial

Milli Məclisin deputatları Qənirə Paşayeva və Arzu Nağıyev sentyabrın 13-də Ermənistanın dövlət sərhəddinin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində törətdiyi irimiqyaslı hərbi təxribatın qarşısını alarkən şəhid olmuş Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini,
Xüsusi təyinatlı qüvvələrin “Azərbaycan Bayrağı” ordenli Baş giziri Firuz Məzahir oğlu Əhmədovun dəfn mərasimində iştirak edib.


    Cəsur gizirimiz bu gün Tovuzda torpağa tapşırıldı.
    Depuat sosial şəbəkədə bu sözləri yazıb :"Firuz Əhmədovun timsalında bütün şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, doğmalarına səbr diləyirik. Nur içində yatsın.
Vətən sağ olsun!"

Sabaha-inamla.az















Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər