10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qyed olunub
Tarix: 08-08-2022 00:17 | Bölmə: Sosial

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindənSabaha-inamla.az-a verilən məlumata görə tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi düzüb, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv ulu öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsində bölmənin 20 illik fəaliyyətini əks etdirənsərgiyə baxış olub.
Rəsmi hissə ilə davam edən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrikini çatdırıb, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Naxçıvan Muxtar Respublikasında elmin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif edilməsiilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanını akademik İsmayıl Hacıyevə təqdim edib.
Emin Məmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin böyük önəm verdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ölkəmizdə elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib.
Dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 avqust 2014-cü il tarixli Fərmanı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası, 4 sentyabr 2014-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bugünədək Bilik Fondunun dəstəyi ilə muxtar respublikada çoxlu sayda kitab və jurnallar nəşr edilib.
Ali Məclis Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada müasir elmi nəticələrin əldə olunmasında, alimlərin elmi-tədqiqat layihələrinin uğurlu tətbiqində, gənc alimlərin formalaşmasında, elm və təhsilin inkişafı istiqamətində yeni bir mərhələ təşkil etməyə başlayıb.
Kollektivin diqqətinə çatdırılıb ki, 20 illik fəaliyyəti dövründə AMEA-nın Naxçıvan Bölməsi bir çox elmi nailiyyətlər əldə etmiş, vacib elmi araşdırmalarla məşğul olmuşdur. Muxtar respublika üçün mühüm istiqamətlər üzrə tədqiqatların aparılmasına diqqət artırılmış, yüksək elmi əhəmiyyətli kitab və monoqrafiyalar hazırlanmışdır.
Bu gün də bölmə qarşısında duran bir sıra mühüm vəzifələr mövcuddur. Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, xalqımızın milli dəyərləri, ədəbi-bədii fikir tarixi, etnoqrafiyası və folklorunun öyrənilməsi istiqamətində tədqiqatların davam etdirilməsi, milli-mənəvi dəyərlərlə bağlı məsələlərin Azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, müasir texnologiyaların mənimsənilməsi və digər məsələlər bundan sonra da qarşıda duran vəzifələrdəndir.İnanırıq ki, AMEA-nın Naxçıvan Bölməsi bundan sonrakı fəaliyyətində də Azərbaycan elmini zənginləşdirəcək, tariximizin, ədəbiyyatımızın öyrənilməyən səhifələrinə aydınlıq gətirəcək.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin yaradılması, 20 illik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Akademik bildirib ki, Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları əsasında yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində6 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir. Hazırda bölmədə 2 nəfər AMEA-nın həqiqi üzvü, 4 müxbir üzvü, 5 elmlər doktoru, 51 fəlsəfə doktoru olmaqla ümumilikdə 92 elmi işçi tədqiqatla məşğuldur. Elmi əməkdaşlardan 47 nəfərininprofessor və dosent adı vardır. Cari ilin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiyası uğurla müdafiə etmişdir.
Hər bir elmi müəssisənin, elmi işçinin fəaliyyətinin əsas göstəricisinin yazdığı tədqiqat əsərlərində əksini tapdığını söyləyən bölmə rəhbəri diqqətə çatdırıb ki,bölmənin fəaliyyəti dövründə əməkdaşların 10849 əsəri, o cümlədən 260 monoqrafiyası, 240 kitabı nəşr olunmuşdur. Əsərlərdən 30 monoqrafiya, 19 kitab və 2176 elmi məqalə, bütövlükdə 2309-u xarici ölkələrdə çapdan çıxmışdır. Elmi məqalələrdən 358-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Əməkdaşların əsərlərinə 1690 istinad qeydə alınmışdır. Bölmə əməkdaşları bugünədək 37 patent almış, 4-ü beynəlxalq olmaqla 23 qrand layihəsində qalib olmuşlar.
İsmayıl Hacıyev Naxçıvan Bölməsinin beynəlxalq əlaqələri, əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, aparılan ekspedisiyaların müvəffəq nəticələri, habelə elmdən istehsala prinsipi əsasında görülən işlər, istehsal olunan məhsullar haqqında tədbir iştirakçılarını məlumatlandıraraqelmlə təhsilin inteqrasiyası ilə bağlı bölmənin fəaliyyətindən söz açıb.
Akademik çıxışının sonunda Naxçıvan Bölməsinin müasir standartlara uyğun maddi-texniki baza ilə təmin olunduğunu, elm adamlarına hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib. Bölmə rəhbəri bu diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda çıxışı dinlənilib.Akademik AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasını Azərbaycan elminin inkişafında mühüməhəmiyyətə malik olan hadisə kimi qiymətləndirib.Bölmənin Naxçıvanın təbii sərvətlərinin, tarixinin, mədəni irsinin və müasir inkişafının öyrənilməsi sahəsində uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb.Qeyd olunub ki, ulu öndər Heydər Əliyev AMEA-nın Naxçıvan Bölməsini təsis etməklə Naxçıvan alimlərinin qarşısına əsrlərdən bəri tarixi azərbaycan torpaqlarına göz dikən erməni vandallarına və onların tərəfdarlarına konkret elmi əsaslarla, elmi həqiqətlərlə cavab vermək missiyası qoymuşdur. Bu missiyanın uğurlu icrası nəticəsində qədim oğuz yurdu Naxçıvanın ən qədim zamanlardan Azərbaycana məxsusluğunu sübut edən fundamerntal əsərlər ərsəyə gəlmişdir. Naxçıvan Bölməsi ötən 20 il ərzində Azərbaycan elminin Naxçıvan məktəbini formalaşdırmışdır.Bölmənin fəaliyyətielmin, dövlətçiliyin, vətənpərvərliyin sintez halında olması ilə səviyyələnir.
Natiq bölmə alimləri tərəfindən elmin müxtəlif sahələri üzrə görülən işlər, əldə olunan nailiyyətlər haqqında fikirlərini çatdırıb. Bu inkişafın alimlərin yorulmaz fəaliyyəti ilə yanaşı, elmə, elmə adamlarına yaradılan münbit şəraitdən qaynaqlandığını bildirib. AkademikNaxçıvanın elm mühitini AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək muxtar respublikada elmin inkişafı sahəsində görülən mühüm işlərdən danışıb. Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamları ilə təsis olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun elmə, elmə adamlarına verdiyi töhfədən söz açıb.
Bölmənin təhsil müəssisələri ilə etdiyisəmərəli əməkdaşlıqdan bəhs edən nazir söyləyib ki, bölmə alimləri tədris etdikləri nümunəvi və interaktiv dərslər zamanı şagirdlərin elmi biliklərini zənginləşdirməklə yanaşı, həm də gənc nəsil üçün nümunədirlər.
Vurğulanıb ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərindəkiorta ümumtəhsil məktəbləri şagirdlərinin bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilməsinin, əldə olunan uğurlu nəticələrinməktəblilərdə elməmarağın artırılmasında böyük əhəmiyyəti vardır.
Yubiley tədbirində Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov AMEA Naxçıvan Bölməsində təbiət elmləri sahəsində görülən işlər, WWF və IDEA ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar və bölmə alimlərinin əldə etdikləri elmi nəticələrdən bəhs edib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək təmsil etdiyi institutun 20 illik fəaliyyətinin fundamental əsərlərdə, kitab və monoqrafiyalarda əksini tapdığını bildirib. Qeyd olunub ki, beynəlxalq və yerli arxeolojiekspedisiyalar zamanı aşkara çıxarılan elmi həqiqətlər bölgənin qədim insanların əsas yaşayış məskənlərindən biri olduğunu sübut etmiş, bu faktlarbeynəlxalq elmi ictimaiyyətə çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti barədə çıxış edən Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, gənc alim Eltun İbrahimov AMEA Naxçıvan Bölməsinin gənc əməkdaşlarının bu siyasətdə rolu və elmin inkişafına verdikləri töhfədən bəhs edib.
Çıxışların ardından bölmənin 10 əməkdaşı səmərəli elmi fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.
Sonda AMEA Naxçıvan Bölməsinin 20 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Sabaha-inamla.az

Baxış sayı: 447
Bölməyə aid digər xəbərlər

Dünən, 23:18
Murad dünya üçüncüsü oldu
Dünən, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib