09:23 / 16-08-2026
Tunel yanğını qatar xidmətində fasilələrə səbəb olub
09:20 / 16-08-2026
Kim Çen In Koreyanın Azadlıq Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür etdi
09:18 / 16-08-2026
İran Xarici İşlər Nazirliyi ölkənin sahil xəttinə dəyən ekoloji ziyanı trilyonlarla dollar qiymətləndirir
09:11 / 16-08-2026
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər
09:08 / 16-08-2026
5,4 bal gücündə zəlzələ baş verib
09:05 / 16-08-2026
Varşava Kiyevi Polşa dəfn yerlərində qazıntı işlərinə icazə verməkdə ittiham edir
09:00 / 16-08-2026
Bərə qəzasında ölənlərin sayı 70-ə çatıb
08:58 / 16-08-2026
Baş verən daşqınlarda beş nəfər ölüb
08:53 / 16-08-2026
Türkiyə Rusiyadan Kiyev üçün silah tələbi almadığını bildirdi
08:49 / 16-08-2026
Senatorlar "USS Abraham Lincoln" gəmisindəki dənizçi problemləri ilə bağlı Pentaqon hesabatı tələb edirlər
08:44 / 16-08-2026
Hava Limanına beş təyyarə enə bilməyib
08:42 / 16-08-2026
KTMT Ermənistanın gələcəyi ilə bağlı qərarı ağlabatan müddət ərzində qəbul etməyi tövsiyə etdi
08:39 / 16-08-2026
CENTCOM Sosial Media Paylaşımında Yaxın Şərq xəritəsini dəyişdirdi
08:35 / 16-08-2026
Atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb
08:33 / 16-08-2026
Ukraynanın limanın dayanmasından itkiləri 1,7 milyard dolları keçib
08:30 / 16-08-2026
Zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb
08:26 / 16-08-2026
ABŞ Ukraynaya silah çatdırılması ilə bağlı 49 araşdırma başlatdı
08:24 / 16-08-2026
Seul 2026-cı ildə Şimali Koreya qoşunlarının iştirak etdiyi ilk sərhəd hadisəsini elan etdi
08:20 / 16-08-2026
Deyvis Zelenskini Polşaya təbrik mesajına görə tənqid etdi
23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SOSİAL-İQTİSADİ HƏYATINDA YÜKSƏK İNKİŞAF MƏRHƏLƏSİ-Mədinə Allahverdiyeva
Tarix: 01-06-2022 23:04 | Bölmə: Sosial

Mədinə Allahverdiyeva,
NDU-nun baş müəllimi
Sosial-iqtisadi inkişafının yeni mərhələsi ölkə regionları arasında yaşayış səviyyəsi fərqlərinin aradan qaldırılması, şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhalinin daha çox ucqarlarda yeni iş yerləri ilə təmin olunmasına imkan verən istehsal və xidmət sahələrinin yaradılması ilə xarakterizə edilir.
Regional inkişaf prioritetlərinə uyğun olaraq həyata keçirilən iqtisadi strategiya, bu mənada, Naxçıvan Muxtar Respublikasında hərtərəfli şəkildə mənimsənilməklə, son nəticədə, blokadadan intibaha doğru aparan geniş bir yolun möhkəm zəminini formalaşdırmışdır.
Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il martın 29-da “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Fərman bu baxımdan qarşıya qoyulmuş yeni vəzifələrin həyata keçirilməsi üçün növbəti bir addımdır. Fərman muxtar respublikanın, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının daha da yüksəldilməsi məqsədilə imzalanıb.
Həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsi Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm təməllər üzərində dayandığını bir daha sübuta yetirmişdir.
Muxtar respublikada sosial-iqtisadi həyatın əsas sütunlarından birini sənaye sektoru təşkil edir.
İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.
İqtisadi inkişafın lokomotivi sayılan sənayenin inkişafının muxtar respublikamızda yeni mərhələyə qədəm qoyması, bu sahədə uzun illər aparılan islahatlar, yeni yaradılan istehsal müəssisələri və bununla həm də məşğulluğun təmin edilməsi belə deməyə əsas verir ki, bir vaxtlar aqrar region kimi tanınan qədim diyarımız artıq güclü sənaye potensialı olan bir məkana çevrilib. Muxtar respublikada iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı ötən il də diqqətdə saxlanılıb, rəqabətqabiliyyətli müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin olunub.
2021-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsalı qeydə alınıb. Bu da 2017-ci ildəki müvafiq göstəricidən 10,6 faiz çoxdur.
Ötən il sənaye məhsulunun 7,7 faizi dövlət sektorunda, 92,3 faizi qeyri-dövlət sektorunda istehsal edilib. Muxtar respublikada qeydə alınmış ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27,1 faizlik payla sənaye sahəsi tutub. 2021-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu 2310,3 manat təşkil edib. Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesində, 0,5 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 92,5 faizi emal sənayesində istehsal olunub.
2021-ci ildə emal sənayesində qeydə alınmış məhsul istehsalı 2017-ci ildəki müvafiq göstəricini 7,7 faiz üstələyib. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikasında makoriqtisadi inkişafın mühüm göstəriciləri barəsində məlumat

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə təkcə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 19,9 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanıb.
Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərib. Belə ki, 2021-ci ildə 3219-u dövlət, 13868-i qeyri-dövlət sektorlarında olmaqla, ümumilikdə, sənaye sahəsində 17087 nəfər işçi çalışıb ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 5,2 faiz çoxdur.
2021-ci ildə işçilərin 4 faizi mədənçıxarma sənayesində, 8 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 9,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 78,1 faizi emal sənayesində çalışıb. Bu dövr ərzində bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 454,1 manat təşkil edib. 2017-ci ildə isə bu göstərici 381,9 manat səviyyəsində olub.
Sənayenin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər cari ilin yanvar-mart aylarında da davam etdirilib, mebel, süd məhsulları və çörək istehsalı sahələri yaradılıb, elektrik enerjisi, mebel, duz, oksigen, alkoqollu içki, salfet, enerji içkiləri, karton tara və kağız paket, ayaqqabı istehsalı və süd məhsullarının emalı sahələrinin yaradılması hazırda davam etdirilir.
Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın diversifikasiyası, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, məşğulluğun artırılması və həyat səviyyəsinin yüksəldilməsi sahəsində mühüm nəticələr əldə olunub. Təkcə iqtisadiyyatın əsas aparıcı qüvvəsi hesab edilən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üzrə görülən işlərə nəzər salsaq, Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunub.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması muxtar respublikanın istehsal potensialını və məşğulluq səviyyəsini yüksəltmişdir. Cari ildə sahibkarlara 31 milyon manata yaxın kredit verilmişdir. Göstərilən maliyyə dəstəyi nəticəsində 120 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, il ərzində 52 hüquqi və 2389 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən birini yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişaf etdirilməsi və şaxələndirilməsi təşkil edir. Yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələri, sənaye parkları, sənaye məhəllələri yaradılır.
Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalamışdır. Sənaye məhəlləsinin yaradılmasında məqsəd bu sahədə sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir. Sənaye məhəlləsi məhsul istehsalı və xidmətin göstərilməsi üçün sahibkarlar tərəfindən istifadə edilən ərazidir. Bu ərazi sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində zəruri infrastruktura malik olaraq xərclərinin azaldılması və kooperasiya əlaqələrinin gücləndirilməsini təmin edir. Muxtar respublikanın perspektiv inkişafı üçün sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi, modernləşdirilməsi və səmərəliliyinin artırılmasıdır.
Sənayenin davamlı inkişafı və yeni məhsul növlərinin istehsalı məqsədilə Şərur Sənaye Məhəlləsində həyata keçirilən layihələr də kiçik və orta sahibkarlığın inkişafında, daxili bazarın yerli məhsullarla təminatında, o cümlədən məşğulluğun artırılmasında önəmli rol oynayacaq.
Muxtar respublikada sənayenin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib: “Sənaye müəssisələri, ilk növbədə, daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər”.
2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına, yeni məhsul növlərinin istehsalına şərait yaradacaqdır.
Sənayenin inkişafında texnoparklar böyük rol oynayır. Dünya sənaye tarixinə nəzər yetirdikdə görürük ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gəlir. Bunlardan biri də texnopark adlanan yeni istehsal və xidmət sahələridir. Ötən əsrin 50-70-ci illərində yeni sənaye birlikləri olan texnoparklar fəaliyyətə başladı. İkinci mərhələ 80-90-cı illəri əhatə etdi, üçüncü mərhələ isə 2000-ci ildən başlayaraq bugünədək davam edir.
Texnoparkların belə mərhələlərlə inkişaf etməsi səbəbsiz deyil. Statistikadan görünür ki, hər 15-20 ildən bir texnoparkların yeni formalarının yüksəliş dövrü başlayır. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendensiyası və ümumilikdə cəmiyyətin transformasiyasıilə izah olunur.
Elm və texnologiyaparkının birləşməsi konsepsiyası 50-ci illərdə ABŞ-da meydana gəlib. Məqsəd həmindövrdə texnologiyanın və sənayenin sürətli inkişafının təmin edilməsinə zəmin yaratmaqidi. Beləliklə, texnoparklar tədricən müasir iqtisadiyyatın vacib elementlərindən birinə çevrildi. ABŞ-da başlanan bu təcrübə dünyada sürətlə yayılmağa başladı.
Ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılır. Məqsədə nail olmaq üçün Azərbaycanda da texnoparkların yaradılmasına başlanılıb. Ölkədə fəaliyyət göstərən texnoparklarda müasir texnika və texnologiyaların tətbiqi sayəsində yüksək keyfiyyətli məhsul istehsal olunur. Cari ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalının 15,7 faiz artması da bunun nəticəsidir.Qeyd edək ki, həmin texnoparklarda istehsal edilən məhsullar daxili tələbatı ödəməkləyanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunur.
Ölkəmizdə, eləcədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxşıvan Muxtar Respublikasında da texnoparklar yaradılıb Buna misal olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam göstərmək olar.
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir.
Cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk rübündə sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 1,4 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.
Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,5 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 92,8 faizi malların, 7,2 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8 faiz təşkil etmişdir.
Dünya təcrübəsindən də göründüyü kimi, sənayenin inkişafı üçün başlıca şərt makroiqtisadi sabitliyin qorunması və əlverişli biznes investisiya mühitinin yaradılmasıdır. Müşahidələr göstərir ki, sənayenin inkişafı daxili bazarın həcmindən asılı olmayaraq idxal əvəzləyici yanaşmadan ixracyönlü istehsal modelinə keçidi tələb edir. Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır. Sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir.
Sənaye siyasətinin əsas məqsədlərindən biri də sənayenin rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu tədbirlər sahəvi araşdırmalar nəticəsində müxtəlif sektorların xüsusiyyətlərinə uyğun olaraq əlavə tədbirlərlə dəstəklənməlidir. Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı, çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayiət edilməlidir. Bununla yanaşı, sənayeyə investisiyaların cəlb edilməsi üçün imkanlar genişləndirilməli, sənayeyə yönləndirilən dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı, qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalıdır. Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara informasiya, marketinq və markalanma dəstəyi, standartların və sertifikatların tətbiqində dəstək, treninq dəstəyi göstərilməli və xüsusən sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyəti dəstəklənməlidir. Məlum olduğu kimi, innovasiyalar sənayenin rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Bu baxımdan özəl sektor tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu proses sənayenin kadr potensialının və elmi təminatının yaxşılaşdırılması ilə müşayiət olunmalıdır.
Baxış sayı: 661
Bölməyə aid digər xəbərlər

14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu
10-07-2026, 21:03
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar
10-07-2026, 20:52
Azərbaycan Ermənistana 434 min avro ödəyib