21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
18:52 / 04-10-2026
Mendel: "NATO ideyası Ukraynada ölüb"
18:49 / 04-10-2026
Merz Ukrayna üçün 1 milyard avroluq hərbi yardım paketi elan etdi
18:47 / 04-10-2026
Qara dəniz üzərində "Tu-154" faciəsi: Ukrayna 25 ildir günahını etiraf etmir
18:42 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını ağac oyma bıçaqları ilə öldürüb
18:35 / 04-10-2026
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
18:32 / 04-10-2026
Tramp girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə Con Koulun namizədliyini irəli sürüb
19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb
Tarix: 25-05-2022 22:11 | Bölmə: Sosial

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı türk nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə qonaqlar ilk öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoymuş, Heydər Əliyev Muzeyi ilə tanış olmuş, Ulu öndər Mustafa Kamal Atatürkün büstünü və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
AMEA-nın Naxçıvan Bölməsi ilə tanış olan qonaqlar bölmə əməkdaşlarının nəşr olunan əsərlərindən ibarət sərgi, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya muzeyindəki eksponatlarla tanış olmuşlar.
Daha sonra Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında əməkdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.
Mərasimi açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq Naxçıvan Bölməsinin təsis olunması, fəaliyyəti, əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Akademik bildirib ki, AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Bölmənin tərkibinə 6 elmi-tədqiqat müəssisəsi, elmi kitabxana və arxiv, Nəbatat bağı, Batabat Astrofizika Rəsədxanası və başqa elmi-tədqiqat müəssisələri daxildir.
Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə yaradılan bölmədə bu günədək bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti, dil xüsusiyyətləri, teatr və sənətkarlığın inkişafı, o cümlədən təbii sərvətlərinin, biomüxtəlifliyinin tədqiqi ilə bağlı araşdırmalar aparılır, araşdırmaların nəticələri müxtəlif kitab və monoqrafiyalarda, elmi jurnallarda, eləcə də mətbuatda əksini tapır.
Akademik vurğulayıb ki, yeni imzalanan əməkdaşlıq müqaviləsi hər iki elm müəssisəsi arasındakı akademik əməkdaşlığı təsis etmək, gücləndirmək və inkişaf etdirmək üçün lazımi platformanın hazırlanması məqsədi daşıyır. Müqavilədə birgə elmi araşdırmaların aparılması, beynəlxalq simpoziumların, konfransların və tədbirlərin təşkili, elmi əsərlərin müəllif hüquqlarının və tərcümələrinin dəstəklənməsi, nəşr edilməsi və yayılması, Türkiyə və Azərbaycan arxeoloqlarının birgə iştirakı ilə arxeoloji qazıntıların aparılması, elmi və mədəni görüşlərin birgə təşkili, elm adamlarının, doktorant və mütəxəssislərin mübadiləsi, doktorantura tələbələri üçün yay məktəblərinin təşkili və başqa mühüm işlərin icrası nəzərdə tutulub.
İsmayıl Hacıyev Türk Tarix Qurumu ilə rəsmiləşdirilən əlaqələrin daha da səmərəli inkişafına əminliyini bildirib.
Türk Tarix Qurumunun Başqanı, professor Birol Çətin çıxış edərək Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Təmsil etdiyi Türk Tarix Qurumunun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildən artıq dövr ərzində türk tarixinin hərtərəfli araşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş, bu sahədə çoxsaylı uğurlar əldə olunmuşdur. Xüsusilə son illər arxeologiya sahəsində aşkar olunan elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Tarixin bütün sahələrində böyük irəliləyişlərin əldə olunduğunu söyləyən qurum rəhbəri qeyd edib ki, Türk Tarix Qurumu göstərdiyi səmərəli və çoxşaxəli fəaliyyəti ilə tarixçilər üçün əsl məktəbə çevrilmişdir.
Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz xidmətini vurğulayıb, xüsusilə gənc nəsildə bu elm sahəsinə artan həvəsi olduqca sevindirici hal kimi qiymətləndirib. Yeni imzalanan əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün gələcək perspektivlər vəd etdiyini, bu münasibətlərin həm rəsmi, həm də dostluq müstəvisində inkişafının mühümlüyünü qeyd edib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və Türk Tarix Qurumunun Başqanı, professor Birol Çətin müqaviləni imzalayıblar.
Yığıncaqda Naxçıvan Televiziyasının AMEA Naxçıvan Bölməsinin yaranması və fəaliyyəti ilə bağlı hazırladığı film nümayiş olunub. Filmin ardından Naxçıvan adının mənşəyi, mənası, Nuh peyğəmbərlə bağlılığı haqqında müzakirə aparılıb, icrası nəzərdə tutulan işlər təhlil olunub.
Qonaqlar həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvanqala Tarix-Memarlıq Kompleksini, Nuh peyğəmbərin məzarüstü abidəsini və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzini ziyarət ediblər.
Sabaha-inamla.az

Baxış sayı: 565
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
Bu gün, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil