16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
NAXÇIVANIN DÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ SİLSİLƏSİNDƏN: I KÜLTƏPƏNİN 9 MİN İL ƏVVƏLKİ TARİXİ SABAHIN TƏDQİQATÇILARININ GÖZÜ İLƏ
Tarix: 04-06-2021 11:51 | Bölmə: Sosial
I Kültəpənin Neolit evlərinin maketi və layihənin hazırlanma prosesi
Tariximiz üçün müəyyən əhəmiyyət kəsb edən
və yer altından tapılmış hər bir əşya belə qızıldan qiymətlidir.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycanın ən qədim guşələrindən olan Naxçıvan diyarı tarixin müxtəlif dövrlərinə işıq tutan yeraltı və yerüstü abidələri ilə dünya mədəniyyətinə qiymətli töhfələr vermişdir. Bu abidələrin üzə çıxarılması və mühafizə edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında ” 6 dekabr 2005-ci il tarixli Sərəncamın mühüm əhəmiyyəti olmuşdur. Üç istiqamətdə qruplaşdırılan bu abidələrdən 665-i yerli, 495-i ölkə, 57-si isə dünya əhəmiyyətlidir. Lakin onlar haqqında məlumat geniş ictimaiyyətdə, xüsusilə məktəblilərdə son dərəcə azdır. Bunu nəzərə alararq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə işi olan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində ötən ildən başlayaraq Naxçıvanın dünya əhəmiyyətli abidələrinin məktəblilər içərisində tanıdılmasına başlanmış və onların xəritəsi hazırlanmışdır.
2020-2021-ci tədris ilində isə bu abidələrdən biri olan “I Kültəpənin Neolit evləri” mövzusunda layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu mövzunun seçilməsində məqsəd Naxçıvan ərazisində oturaq həyata keçid və ilk kənd icmalarının yaranma prosesini öyrənmək olmuşdur. 9 min il əvvələ aid olan bu prosesin öyrənilməsi bu ərazidə yaşamış əcdadlarımızın həyat tərzi haqqında məktəblilərdə müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir. Bu məqsədlə layihənin nəzəri və praktik olmaqla 2 mərhələdə aparılması planlaşdırılmışdı. Birinci mərhələdə I Kültəpə abidəsi haqqında olan yazılı materiallar araşdırılmış və müəyyən edilmişdir ki, çoxtəbəqəli olan bu abidədə tariximizin e.ə. VII minillikdən başlamış Erkən Dəmir dövrünədək davam edən geniş bir dövrü əks olunmuşdur. Bizim üçün maraqlı olan dövr-Neolit dövrü abidənin ən alt qatında yerləşir. Həmin dövrdə insanların həyat tərzini daha aydın təsəvvür etmək üçün evlərin maketinin hazırlanması qərara alınmışdı. Buradakı dağılmış tikili qalıqları içərisində yalnız bir yaşayış kompleksi qismən bütöv halda üzə çıxarılmışdır. 2014-cü ildə I Kültəpənin D sahəsində aşkar olunan bu kompleks in fotoşəkilinə əsasən rekonstruksiya olunmuş şəkildə maketi hazırlanmışdır. Gildən hazırlanan bu maketdə yaşayış kompleksinin salamat qalan tikili qalıqları kərpiclər şəklində düzəldilmiş, bərpa olunan hissəsi ilə sadə gillə tamamlanmışdır. Bu üsul Neolit evlərinin çiy kərpicdən və möhrədən tikildiyini göstərmək üçün də faydalı olmuşdur. Neolit dövrünə aid kənd icmalarından birinə məxsus yaşayış kompleksində oval hasarla çevrələnmiş dairəvi formalı evlər, onları birləşdirən arakəsmə divarları, müxtəlif tipli ocaqlar və iş emalatxanaları əks olunmuşdur. Evlər günbəzvari şəkildə tamamlanmışdır. Onlar əhatə edən ümumi divar mühafizə xarakteri daşımışdır. Evlərin içərisində ocaqlarla yanaşı tavanı saxlayan dirək daşları olmuş, insanların məşğuliyyət sahələrini əhatə edən iş yerləri isə evlərdən az aralıda bir-birinin yanında yerləşmişdir.
I Kültəpənin Neolit tikililərinin bəzi elementləri günümüzədək yaşadılmaqdadır. Belə ki, çiy kərpic və möhrədən olan köməkçi tikililərə bu gün də kəndlərimizdə rast gəlmək mümkündür. Digər tərəfdən, dairəvi formalı və günbəzlərlə tamamlanan tikililər orta əsrlərdən türk-müsəlman memarlığının əsas komponentləri kimi qorunub saxlanmışdır. Bu gün müxtəlif şəhər və kəndlərimizi bəzəyən hamamların quruluşunda bu ənənələr aydın görülməkdədir. Bütün bunlar göstərir ki, bu torpaqların aborigenləri olan əcdadlarımızın Neolit dövründə əldə etdikləri memarlıq ənənələri genetik yaddaş vasitəsi ilə qədim dövrdən günümüzədək gəlib çatmışdır. Bu qədim ənənələri özündə əks etdirən abidələrimizi və onlardan tapılan materialları qorumaq isə hər bir məktəblinin başlıca vəzifəsi olmalıdır.
Layihə rəhbəri Zeynəb QULİYEVA,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Layihə icraçısı-Naxçıvan Qarnizonu tam orta məktəbinin
IXa sinif şagirdi Cəfərli Aysel
Sabaha-inamla.az

Baxış sayı: 802
Bölməyə aid digər xəbərlər
Tarix: 04-06-2021 11:51 | Bölmə: Sosial
I Kültəpənin Neolit evlərinin maketi və layihənin hazırlanma prosesiTariximiz üçün müəyyən əhəmiyyət kəsb edən

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib