20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
HEYDƏR ƏLİYEV İRSİ MİLLİ MƏNƏVİ TƏRBİYƏYƏ XİDMƏT EDİR-Kamal CAMALOV
Tarix: 06-05-2020 04:08 | Bölmə: Sosial
Azərbaycan xalqı... dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil.
Heydər ƏLİYEV
İnsanı yaşadan inamdır. İnsan özünə inamla həyatda yaşayır, yaradır və zirvələr fəth edir. Çin filosofu Konfutsi hər bir insanda inam olmağın və o inamı doğurmağın böyük əhəmiyyətindən bəhs edərək müəllimlə şagirdi arasında gedən dialoqu belə təsvir edir:
Müəllim, ölkəni idarə etmək üçün nə lazımdır?
Lazımi qədər ərzaq, lazımi sayda ordu və xalqın inamı.
Əgər başqa cür çıxış yolu olmasa, bu üç şeyin hansından imtina etmək olar?
Ordudan.
Əgər başqa cür çıxış yolu olmasa, qalan iki şeyin hansından əl çəkərdin?
Ərzaqdan.
Min illərdir ki, insan ölür, lakin xalq inamsız mövcud ola bilməz. İnsanı
inam yaşadır.
Müxtəlif siyasi görüşəri, daxili və beynəlxalq siyasi münasibətlərin ən mürəkkəb palitrasını özündə birləşdirən ötən XX yüzil Azərbaycan gerçəkliyində ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolu vətənə və millətə misilsiz xidmətin ən bariz nümunəsi kimi seçilir. Bu böyük şəxsiyyətin çoxillik milli rəhbərlik təcrübəsinin başlıca xarakterinin də bütün şəraitlərdə milli maraqlara maksimum xidmət müəyyənləşdirir. Keçmiş sovetlər birliyi dönəmi fəaliyyətində bütün mümkün vasitələrlə müqəddəs məkana və doğma xalqa xidmət özünü, təbii ki, daha çox iqtisadi dirçəliş və çiçəklənmədə, irimiqyaslı mədəni quruculuqda göstərir. Çünki reallıqdan milli maraqlar üçün maksimum istifadəni reallığa və ya gerçəkliyə çevirən Heydər Əliyev şəxsiyyəti var idi. Ona görə ki, onun rəhbərlikdə olmadığı dövrün acı və son dərəcə ağır, faciəli gerçəkliyini də millətimiz gördü və yaşadı. Vətənin bir hissəsi işğal olundu, soydaşlarımız yurdlarından didərgin salındı, sosisl problemlər bütün ağırlığı ilə insanların çiyninə çökdü, milli ruh sarsıldı, mənəvi çökmə başlandı. Bu bir həqiqətdir və nə qədər acı olsa da millətimiz onu dadmağa məcbur oldu. Adətən millət başsız olanda belə olur. Millətin ləyaqəti, namusu tapdalanırdı. Hakimiyytdə olan iqtidar da ordunun yaradılmasına, gənclərdə hərbi vətənpərvərlik ruhunun tərbiyə edilməsinə diqqət yetirmədi və ya ögey münasibət bəslədi. Buna görə də respeblikanın ordu sıralarında xəyanət, fərarilik yarandı. Torpağımızın xeyli hissəsi istila olundu. Bundan başqa xalqın milli mədəniyyətini qorudub yaşadan mədəniyyət və incəsənət xadimlərinə ögey münasibət, elm, incəsənət adamlarına, yazıçı və şairlərə qayğısızlıq, biganəlik və bunun da müqabilində “ağıllar”ın, xalqın intellektual sərvətinin xaricə axını narahatlıq yaratmaya bilməzdi.
Belə ağır şəraitdə xalqda, o cümlədən elm, sənət və sənətsevər adamlarda inam yaratmaq, inam doğurmaq vacib məsələlərdən biri idi. Lakin bu inamı necə oyatmaq, necə yaratmaq olardı?
Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa müraciəti, fərarilik etmiş gənclərə verilən bəraət, şəhidlərin valideynləri, elm və incəsənət adamları ilə keçirilən görüşləri, habelə ümummilli liderin Fransaya, Türkiyəyə, ABŞ-a, İngiltərəyə, Çinə müvəffəqiyyətli səfərləri, Aşqabad bəyannaməsi, Lissabon sammiti və s. tədbirlər bütövlükdə xalqda, millətdə, xüsusilə gənclərdə bir inam hissi doğurdu, bir inam hissi yaratdı.
Ruhdan düşmüş xalqda inamı yüksəldən, əhval-ruhiyyə yaradan məhz Heydər Əliyev oldu. Ümummilli lider xalqa müraciətində deyirdi: “İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır... Torpaqlarımızın zəbt olunmasına dözməməliyik. Millətini, torpağını sevən hər bir adam buna razı olmamalıdır”. Bəli, xalqın iradəsi əleyhinə getməyən ulu öndər bu dəfə də onun nicatına yetdi, əsl xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi, separatçılar yerində oturduldu, istiqlalımız təhlükədən qurtardı, qanuni dövlət hakiməyyəti bərpa olundu, xalq rahat nəfəs aldı. Gəncə qiyamının yatırılması, Lənkəran zonasındakı pozucu qüvvələrin fitnəkar əməllərinə son qoyulması, ölkədə milli həmrəyliyin bərpası, vətəndaş birliyinin təmini, Milli ordunun möhkəmlənməsi, torpaqlarımızın işğalının qarşısının alınması, - bu kimi mühüm tədbirlər məhz Heydər Əliyevin dühasının qüdrəti ilə gerçəkləşdi.
Xalqın mənəvi tərəqqisində şəxsiyyətlər, xüsusilə görkəmli rəhbərlər çox böyük rol oynayırlar. Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürk deyirdi ki, böyük şəxsiyyətləri olmayan millət iqtisadi cəhətdən nə qədər güclü olsa da, müəyyən fəlakət, sarsıntı qarşısında məhv olub gedir. O şəxsiyyətlər böyük və görkəmlidirlər ki, onlar tarixi zərurəti, cəmiyyətin inkişafının obyektiv qanunauyğunluqlarını düzgün dərk edir və kütlələrin əməli fəaliyyətini həmin istiqamətə yönəldirlər, kütlənin mənəvi, siyasi birliyinə nail ola bilirlər. Bəli, belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. O, xalqın birliyini yarada bilmiş, xalqda düşmənə qarşı nifrət oyatmış, xalqın yekdil mübarizəyə qalxmasını təmin etmişdir.
Çox təəssüflə qeyd etməliyik ki, mədəniyyət sahəsində aparılmış qeyri-obyektiv siyasət mədəniyyət və incəsənətin məhvinə şərait yaratmışdı. Nəqliyyat və kommunal xərclərin, bina icarəsi üçün qiymətlərin kəskin şəkildə artması ilə əlaqədar olaraq bir çox teatr və konsert kollektivləri özlərinin qastrol fəaliyyətlərini demək olar ki, tamamilə dayandırmışdı. Halbuki yaradıcılıq əlaqələri öz professional sənətkarlığını geniş tamaşaçı auditoriyasına göstərə bilmək imkanı ədəbiyyat və incəsənət xadimlərinin səmərəli işləməsi üçün mühüm yaradıcılıq amilidir. Ekran ustalarımızın illər boyu qazandıqları, bu gün milli kinematoqrafiya dediyimiz mənəvi sərvət tamamilə aradan çıxmaq üzrə idi. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində elmə, mədəni irsə, ədəbiyyat və mədəniyyətə, görkəmli şəxsiyyətlərə münasibət dəyişdi. Elm, incəsənət adamlarına, yazıçı və şairlərə qayğı artırıldı. Azərbaycan yazıçılarının X qurultayında iştirakı, məzmunlu nitqi yaradıcı adamlara böyük ümid verdi və gələcəyə inam doğurdu.
Mədəniyyətimizin beşiyi sayılan Qarabağ mənfur, qaniçən, faşist ermənilər tərəfindən işğal edilib. Məhz bu sahələrdə yüzlərlə nadir tarix, arxeologiya, memarlıq abidələri yerləşir. Təkcə Şuşanın erməni təcavüzkarları tərəfindən işğal olunması nəticəsində altı muzey – Azərbaycan Dövlət Xalça muzeyinin Şuşa filialı, Bülbülün, Üzeyir Hacıbəyovun, Mir Möhsün Nəvvabın ev muzeyləri, Şuşa şəhərinin tarixi muzeyi, Qarabağın Dövlət Tarix muzeyi, Şəkil qalereyası məhv edilmişdir. Milli ziyalılarımızın görkəmli nümayəndələrinin bir qrupu mədəniyyətimizin vəziyyəti ilə əlaqədar həyəcan və ağrı dolu bəyanatla mətbuatda çıxış etmişlər. Bəyanatın bir yerində deyilir ki, bir çox istedadlı Azərbaycan dirijoru, musiqiçisi, alimi vətəndə özlərinin gərəksizliyini və onlara ehtiyac duyulmadığını hiss edərək xaricə gedirlər. Mühacirət, “ağıllar”ın, xalqın intellektual sərvətinin xaricə axını xüsusilə narahatlıq yaradır. Gələcəkdə bu, bütün milli mədəniyyət üçün əvəzedilməz itkiyə çevrilə bilər.
Bəs çıxış yolu nədədir? “Mədəniyyət sahəsinin dağılması” kimi təhlükəli bir ənənənin qarşısını nec almaq olar və bununla əlaqədar dövlətin rolu nədən ibarətdir?
Bu və bu kimi suallara böyük idrak sahibi, ümummilli lider Heydər Əliyev çıxış və nitqlərində çox gözəl cavablar vermişdir. Ulu öndər qeyd edir ki, keçmiş SSRİ-dəki partiya nomenklatur rejimi düzgün olaraq tənqid edilir. Ona görə ki, ədəbiyyat və incəsənət xadimlərinə xırda qəyyumluq göstəriblər, onları “hakimiyyət başında olanların” total nəzarəti şəraitində yaratmağa məcbur ediblər. Bəli, o vaxtlar çoxları üçün yaşayış asan idi, lakin bununla belə onlar mənəvi əzab-əziyyət içindəydilər. İndi idealoji repressiyalar vaxtı keçmişdə qalıb və həqiqətən istedad sahibi olan, konyunkturadan uzaq bir sənətkar buna təsadüf etmir. Lakin ifratçılığa varmaq, “çirkli su ilə birlikdə uşağı da atmaq” lazım deyil. Keçmişi qiymətləndirərkən onun səhvlərindən imtana etməklə yanaşı, mədəni quruculuq sahəsində on illər ərzində qazanılmış keçmiş təcrübənin hamısının üstündən xətt çəkməyə ehtiyac yoxdur. Belə mədəni-tarixi nihilizm yaxın gələcəkdə vətənimizin mədəniyyəti üçün ağır nəticələr verə bilər. Keçmişin özündə diqqətəlayiq nə varsa, ondan imtina etmək lazım deyil.
... Bəzən belə sözlər eşitməli oluruq; - mədəniyyət guya siyasətdən və dövlət ideoloji strukturlarının təsirindən kənarda qalmalıdır. Başqa cür olsa, dövlətin mədəniyyət və onun xadimləri barədə hər hansı qayğısı hökmən diktatlığa, yuxarı strukturların yaradıcılıq prosesinə müdaxiləsinə çevriləcək və nəticə etibarilə aşkarlığın və söz azadlığının pozulmasına gətirib çıxaracaq. Bu fikirlə razılaşmaq olmaz. Hər bir xalqın mədəniyyəti, bu və ya digər şəkildə, müəyyən ictimai qrupun, təbəqənin ideologiyasını özündə əks etdirir, lakin bu vəziyyət onun əhəmiyyətini heç də azaltmır. Əksinə, ədəbiyyat və incəsənət əsərlərinin əsil qiyməti ondadır ki, onlar öz dövrlərinin bütün təkrarsız koloriti xarakter və problemləri ilə birlikdə gələcək nəsillər üçün özlərində həkk edirlər. Bu baxımdan bizə “mədəniyyət sahəsində yeni dövlət siyasəti lazımdırmı, belə bir siyasət olmadan keçinə bilərikmi” sualının cavabı bir mənalı görünür: - Xeyir, keçinə bilmərik. Əgər biz sivilizasiyalı cəmiyyətin, millətin tam hüquqlu üzvü olmaq istəyiriksə, əgər özümüzü müstəqil demokratik dövlət adlandırırıqsa, onda maliyyə, ictimai və iqtisadi çətinliklər bəhanəsilə mədəniyyətə qayğını sonraya saxlamağa haqqımız yoxdur.
Ulu öndərin mənəvi tərbiyə ilə bağlı örnək dolu bir neçə fikirlərinə nəzər salaq:
Hər bir xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var.O
milli mənliyi də xalqın qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər.
Cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün
mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir.
Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən bugünkü
və gələcək təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.
Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında
tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
Biz azərbaycanlılar – bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə
olunur – heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.
Ümummilli lider Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz kimi, mənəvi
tərbiyə ilə bağlı fikirləri onlarladır. Onun mənəvi tərbiyə ilə bağlı hər bir fikrində
hikmət işığı vardır. Böyük zəka sahibi belə qeyd edir ki, “təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Bu mənada “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi,
milli ənənələr əsasında tərbiyə edilsinlər”.
Beləliklə, deyə bilərik ki, mənəvi tərbiyə hər bir cəmiyyətin mövcudluğu və inkişafı, hər bir şəxsin həyat fəaliyyəti və başqa adamlarla qarşılıqlı münasibətləri üçün ən zəruri amildir. Mənəvi anlayış və mühakimələr əsasında əqidə formalaşır. Əqidə isə insanı inama bağlayır. İnsan əqidəsinə sadiq olur, əqidəsi naminə hərəkət edir. Əqidəli, məsləkli insan ədalətsiz qanunlara qarşı üsyan edir, fəallığını məhdudlaşdıran qanunları ayaqlar altına salır. Əqidəli adamlar Vətən uğrunda, millət, xalq uğrunda canlarından keçməyə, şəhid olmağa hər an hazır olur. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi yaşaması uğrunda özünün və hətta övladlarının canını fəda etməyə hər an hazır olduğunu belə ifadə etmişdir: “Əgər hər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.
Yekun nəticə olaraq qeyd edək ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin müqəddəs missiyasını gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi.
Kamal CAMALOV
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Baxış sayı: 1 242
Bölməyə aid digər xəbərlər
Tarix: 06-05-2020 04:08 | Bölmə: Sosial
Azərbaycan xalqı... dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil.Heydər ƏLİYEV

20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub