21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
DUZDAN DUZDAĞA-Leyla Səfərova
Tarix: 02-05-2020 04:16 | Bölmə: Sosial
İnsanın ilk istifadə etdiyi mineral maddələrdən biri olan duzun bildiyimiz və bilmədiyimiz bir çox təəccübləndirici cəhətləri vardır. Duz sadəcə bir dadlandırıcı, ədviyyat, insan orqanizmi üçün faydalı bir maddə deyil, eyni zamanda yaşam boyu hətta uğrunda müharibələrin aparıldığı mühüm əhəmiyyətlil sərvət olmuşdur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır.
Bəzən pəhriz zamanı duzdan az istifadə etməli olduğumuzu düşünürük, lakin buna baxmayaraq duzu qida rasionumuzdan tamamilə çıxarmaq nəticə etibarilə hüceyrələrinin fəaliyyəti üçün mütləq ehtiyaclardan birindən imtina etməklə orqanizmin məhvinə səbəb ola bilər. Həddən artıq çox su içən insanların bədənindəki duz durulaşaraq birbaşa insanın ölümünə səbəb ola bilir. Qısacası, yaşamaq üçün orqanizmin duza ehtiyacı vardır. Lakin duzun həddən artıq qəbulu da ölümlə nəticələnə bilər. Uzun müddət çox miqdarda duzun qəbulu qan təzyiqinin qalxmasına və ürək problemlərinə gətirib çıxarır.
Ümumiyyətlə, duz “hüceyrələri danışdırır”. Belə ki, bütün qan hüceyrələri, dəri hüceyrələri, ilik hüceyrələri, bədəndə olan hansı orqandan asılı olmayaraq tək-tək hüceyrələrin hamısında müəyyən miqdarda duz vardır. Bu hüceyrələrdəki duz hüceyrə daxilində və hüceyrələrarası elektrik impulslarının ötürülməsinə kömək edir, müxtəlif bədən üzvlərinin və hüceyrələrin bir-biri ilə əlaqə qurmasına imkan yaradır.
Mənbələrdən birində duzu mətbəxə ilk gətirənlərin türklər olduğu göstərilir. Mənbədə qeyd olunur ki, Adəmoğullarından olan Türk xanının oğlu Tütək xan çöl düzündə kabab yeyərkən əlindəki tikə yerə düşmüş, tikəni götürüb yedikdə, ətin dadının dəyişdiyini hiss etmişdir. O zaman məlum olmuşdur ki, bu duzdur və o zamandan bəri duz mətbəxdə istifadə olunmağa başlanmışdır. Bu fakt nə dərəcədə inandırıcıdır, deyə bilmərik. Lakin Bayram Rzayevin duzla bağlı araşdırmasında duzun çıxarılması və istifadəsi haqqında yazılı məlumata Herodotun “Tarix”ində (e.ə.484 – 425) rast gəlindiyi məlum olur. Zakir Rzayev isə duzla bağlı yazarkən Qafqazda xörək duzunun ilk dəfə azı 5 min il bundan əvvəl çıxarılmağa başlandığını qeyd etmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, qədim Roma əsgərlərinə xidmətləri qarşılığında o vaxt üçün çox əhəmiyyətli bir şey olan duz və ya duz almaq üçün pul verilirdi. İngilis dilindəki “maaş, məvacib” mənasında işlədilən “salary” sözü də latın dilindəki “duz” mənasında işlənən “salarium” sözündən götürülmüşdür. Karfagenlər duzu qızıla bərabər dəyərli hesab edərək onu “ağ qızıl” adlandırırdılar. İngilis dilində “qızıl kimi qiymətli” ifadəsini əvəz edəcək “duz kimi qiymətli” idiomu da işlənməkdədir. Bu isə qədim Romadan gələn bir şeydir.
Bayram Rzayev araşdırmalarında qeyd edir ki, Naxçıvan duzu ilə bağlı ilk dəfə əsaslı tədqiqat 1830-cu ildə Q.Voskoboynikovun “Горный журнал”da Naxçıvan daş duz yatağının təsvirini verməsi ilə başlamışdır. Vəli Baxşəliyevin tədqiqatlarından məlum olur ki, Naxçıvanda qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. İsmayıl Hacıyev Duzdağdakı duz mədənlərindən tapılan çoxsaylı əmək alətləri və keramikalar buranın ən qədim duz çıxarılan yer olduğunu və ilkin şəhər mədəniyyətinin buradan başlandığını göstərtir.
Maraqlı faktdır ki, dünyada təxminən 100 ildir ki, yodlaşdırılmış duzdan istifadə olunur. Buna, 1920-ci illərdə Duzlu Göl sahilləri də daxil olmaqla Birləşmiş Ştatların Sakit okeanın şimal-qərb hissəsində insanların yod çatışmazlığından əziyyət çəkməsilə başlanıldı. Bu çatışmazlıq şişlərə, boğazda şişə çevrilənlən qalxanabənzər vəzinin genişlənməsinə gətirib çıxarırdı. Odur ki, hökümət yodlaşdırılmış duz tətbiqini həyata keçirməyə başladı ki, bu gün də istifadə olunmaqdadır.
Vurğulamaq lazımdır ki, insanın yeyə bildiyi yeganə qaya duzdur. Bu isə Naxçıvan şəhərindən 10 kim şimal-qərbdə yerləşən Duzdağ mədənlərində də istehsal olunur. Naxçıvan duzunun da qida məhsulu kimi yeganə çatışmayan cəhətitərkibində yodun olmamasıdır. Bu səbəbdən də yeyinti məqsədilə istehsal olunan duz yodlaşdırılır.
Çoxları elə düşünür ki, duz yalnız yemək üçün sərf edilir, ancaq bu heç də belə deyildir. Duzun böyük əksəriyyət hissəsi, demək olar ki 70%-i kimyəvi maddə sənayesinə sərf olunur. Yalnız 6%, yəni qar və buzdan yolların təmizlənməsinə sərf olunandan (bu 8% təşkil edir) da az duz yemək üçün istifadə olunur.
Daha bir maraqlı fakta nəzər yetirək: bütöv mumyalama prosesi müəmmalı görünsə də, bu, insan bədəninin təbii sodium karbonatla bürüməkdir. Bu maddə bu gün təbii halda Misirdə də tapılan duzdur. Tez qurusun deyə duz bədənin içərisinə yerləşdirilirdi. Hətta orqanlar da bu yolla saxlanılırdı və dolçalara yığılırdı.
Duz üstündə dünyada bir çox müharibələr də olmuşdur. Vətəndaş Müharibəsi döyüşlərində BŞ-da duz üstündə vuruşmuşlar. Köhnə Amerikan Qərbində El Paso Duz müharibəsi baş vermişdir. Əsas dünyəvi duz müharibələri isə İordaniya çayı böyunca baş vermişdir. Napoleon qoşununda duz çatışmadzlığından geri çəkilməyə məcbur olmuşdur. Roma duz ticarəti bir sıra konfliktlərin mənbəyi olmuşdur. Qısacası, duzun uzun və təhlükəli tarixi olmuşdur.
Bildiyimiz kimi, duz yeməyin dadını və keyfiyyətini qoruyan ən gözəl yoldur, bəzi mədəniyyətlərə görə isə bu, həmçinin ətrafdakı şər qüvvələrdən qoruyur. Əslində isə şər qüvvələrin duz vasitəsilə dəf edilməsi bir sıra müxtəlif dinlərdə mövcuddur və istifadə olunmaqdadır. Qədim Yunanlar duzu dini ayinlərdə, Şintoizmdə (Yaponyanın yerli dini) ondan ətrafın saflaşdırılmasında, Buddizmdə şər ruhların rədd edilməsində və çoxlu bütpərəst ayinlərdə də istifadə olunur. Göründüyü kimi, ta qədimdən duz bütün dünyada yüksək dəyərə malik olmuşdur. Bu səbəbdən də, insanlar onun boş yerə getməsini uğursuzluq kimi dəyərləndirirdilər. Avropalılar bu xürafatın Leonardo da Vinçidən gəldiyinə inanırlar. Onun
İudanın sonuncu şam yeməyi adlı əsərində xainin duz qabını aşırdığı görünür. Buna görə də avropalılar duzun tökülməsinin pis əlamət olduğunu düşünürlər.
Duzla bağlı inamlar milli düşüncəmizdə də mövcuddur. Duzun yandırılaraq bəd nəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də duzun tökülməsinin pis əlamət olması ilə bağlı inamlar bu gün də xalq tərəfindən qorunub saxlanılmaqdadır.
Qədim dövrlərdə yaşayan insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və s.) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən əşyalardan bacarıqla istifadə etmişlər: ox göndərməklə müharibə, qəlyan göndərməklə sülh, duz göndərməklə dostluq, qızıl gül göndərməklə sevgi, eşq-məhəbbət və s. anlayışlar o dövrün ibtidai yazı formalarının bariz nümunələrindəndir.
Naxçıvan Duzdağı yalnız qeyd olunan yüksə məziyyətlərə malik olan, qida, kimya sənayesi, əkinçilik, maldarlıq, məişət və s. sahələrdə istifadə edilən əvəzsiz mineral olan duz istehsalı üçün istismar edilmir. Eyni zamanda Duzdağ dünyanın turizm və müalicə əhəmiyyətli məkanıdır. Hələ Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi
Naxçıvandakı duz mədəninin şaxtasından müalicə məqsədilə istifadə etmək haqqında təşəbbüs irəli sürmüş və bu məqsədə nail olmuşdur. Qısa bir zaman kəsiyində bu öz müalicəvi əhəmiyyətini sübut etmişdir. Hər il dünyanın bir çox ölkələrindən, o cümlədən respublikamızın digər bölgələrindən bronxial-astma və ağciyər xəstəliklərinin müalicəsi məqsədilə yeraltı və yerüstü şöbələrdən ibarət olan Duzdağ Fizioterapiya Mərkəzinə 4000-ə yaxın müraciət olunur. Bu isə öz növbəsində turizmin potensialının inkişafına və bölgə iqtisadiyyatının yüksəlməsinə öz töhfəsini verməkdədir.
Bu qədər yüksək dəyərə malik olan təbii sərvətə Naxçıvan Muxtar Respublika rəhbərliyi daim diqqət və qayğısını əsirgəməmiş, 1979-cu ildə yaradılan bu müalicəxana Ali Məclisin Sədrinin tapşırığı ilə 2006-cı ildə yenidən qurularaq müasir standartlara cavab verən, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli müalicə mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 aprel 2012-ci il tarixli
“Naxçıvan: İlkin şəhər və Duzdağ” Mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında və 12 sentyabr 2017-ci il tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamlarıı Naxçıvan tarixinin və mədəniyyətini özündə əks etdirən Duzdağın öyrənilməsinə və dünyada təbliğinə olan diqqətinin bariz nümunəsidir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 17 may 2019-cu il tarixli “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən Duzdağ və duzun əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərinin, duzdan məişətdə, sənayedə, tibbdə və başqa sahələrdə istifadə imkanlarının araşdırılmasının, əldə edilən nəticələrin müxtəlif çap məhsullarında əks olunması muxtar respublikanın səhiyyə turizminin inkişafına əvəzsiz töhfədir.
Leyla Səfərova
AMEA Naxçıvan Bölməsinin
Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi

Baxış sayı: 2 467
Bölməyə aid digər xəbərlər
Tarix: 02-05-2020 04:16 | Bölmə: Sosial
İnsanın ilk istifadə etdiyi mineral maddələrdən biri olan duzun bildiyimiz və bilmədiyimiz bir çox təəccübləndirici cəhətləri vardır. Duz sadəcə bir dadlandırıcı, ədviyyat, insan orqanizmi üçün faydalı bir maddə deyil, eyni zamanda yaşam boyu hətta uğrunda müharibələrin aparıldığı mühüm əhəmiyyətlil sərvət olmuşdur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır.
Bəzən pəhriz zamanı duzdan az istifadə etməli olduğumuzu düşünürük, lakin buna baxmayaraq duzu qida rasionumuzdan tamamilə çıxarmaq nəticə etibarilə hüceyrələrinin fəaliyyəti üçün mütləq ehtiyaclardan birindən imtina etməklə orqanizmin məhvinə səbəb ola bilər. Həddən artıq çox su içən insanların bədənindəki duz durulaşaraq birbaşa insanın ölümünə səbəb ola bilir. Qısacası, yaşamaq üçün orqanizmin duza ehtiyacı vardır. Lakin duzun həddən artıq qəbulu da ölümlə nəticələnə bilər. Uzun müddət çox miqdarda duzun qəbulu qan təzyiqinin qalxmasına və ürək problemlərinə gətirib çıxarır.
Ümumiyyətlə, duz “hüceyrələri danışdırır”. Belə ki, bütün qan hüceyrələri, dəri hüceyrələri, ilik hüceyrələri, bədəndə olan hansı orqandan asılı olmayaraq tək-tək hüceyrələrin hamısında müəyyən miqdarda duz vardır. Bu hüceyrələrdəki duz hüceyrə daxilində və hüceyrələrarası elektrik impulslarının ötürülməsinə kömək edir, müxtəlif bədən üzvlərinin və hüceyrələrin bir-biri ilə əlaqə qurmasına imkan yaradır.
Mənbələrdən birində duzu mətbəxə ilk gətirənlərin türklər olduğu göstərilir. Mənbədə qeyd olunur ki, Adəmoğullarından olan Türk xanının oğlu Tütək xan çöl düzündə kabab yeyərkən əlindəki tikə yerə düşmüş, tikəni götürüb yedikdə, ətin dadının dəyişdiyini hiss etmişdir. O zaman məlum olmuşdur ki, bu duzdur və o zamandan bəri duz mətbəxdə istifadə olunmağa başlanmışdır. Bu fakt nə dərəcədə inandırıcıdır, deyə bilmərik. Lakin Bayram Rzayevin duzla bağlı araşdırmasında duzun çıxarılması və istifadəsi haqqında yazılı məlumata Herodotun “Tarix”ində (e.ə.484 – 425) rast gəlindiyi məlum olur. Zakir Rzayev isə duzla bağlı yazarkən Qafqazda xörək duzunun ilk dəfə azı 5 min il bundan əvvəl çıxarılmağa başlandığını qeyd etmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, qədim Roma əsgərlərinə xidmətləri qarşılığında o vaxt üçün çox əhəmiyyətli bir şey olan duz və ya duz almaq üçün pul verilirdi. İngilis dilindəki “maaş, məvacib” mənasında işlədilən “salary” sözü də latın dilindəki “duz” mənasında işlənən “salarium” sözündən götürülmüşdür. Karfagenlər duzu qızıla bərabər dəyərli hesab edərək onu “ağ qızıl” adlandırırdılar. İngilis dilində “qızıl kimi qiymətli” ifadəsini əvəz edəcək “duz kimi qiymətli” idiomu da işlənməkdədir. Bu isə qədim Romadan gələn bir şeydir.
Bayram Rzayev araşdırmalarında qeyd edir ki, Naxçıvan duzu ilə bağlı ilk dəfə əsaslı tədqiqat 1830-cu ildə Q.Voskoboynikovun “Горный журнал”da Naxçıvan daş duz yatağının təsvirini verməsi ilə başlamışdır. Vəli Baxşəliyevin tədqiqatlarından məlum olur ki, Naxçıvanda qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. İsmayıl Hacıyev Duzdağdakı duz mədənlərindən tapılan çoxsaylı əmək alətləri və keramikalar buranın ən qədim duz çıxarılan yer olduğunu və ilkin şəhər mədəniyyətinin buradan başlandığını göstərtir.
Maraqlı faktdır ki, dünyada təxminən 100 ildir ki, yodlaşdırılmış duzdan istifadə olunur. Buna, 1920-ci illərdə Duzlu Göl sahilləri də daxil olmaqla Birləşmiş Ştatların Sakit okeanın şimal-qərb hissəsində insanların yod çatışmazlığından əziyyət çəkməsilə başlanıldı. Bu çatışmazlıq şişlərə, boğazda şişə çevrilənlən qalxanabənzər vəzinin genişlənməsinə gətirib çıxarırdı. Odur ki, hökümət yodlaşdırılmış duz tətbiqini həyata keçirməyə başladı ki, bu gün də istifadə olunmaqdadır.
Vurğulamaq lazımdır ki, insanın yeyə bildiyi yeganə qaya duzdur. Bu isə Naxçıvan şəhərindən 10 kim şimal-qərbdə yerləşən Duzdağ mədənlərində də istehsal olunur. Naxçıvan duzunun da qida məhsulu kimi yeganə çatışmayan cəhətitərkibində yodun olmamasıdır. Bu səbəbdən də yeyinti məqsədilə istehsal olunan duz yodlaşdırılır. Çoxları elə düşünür ki, duz yalnız yemək üçün sərf edilir, ancaq bu heç də belə deyildir. Duzun böyük əksəriyyət hissəsi, demək olar ki 70%-i kimyəvi maddə sənayesinə sərf olunur. Yalnız 6%, yəni qar və buzdan yolların təmizlənməsinə sərf olunandan (bu 8% təşkil edir) da az duz yemək üçün istifadə olunur.
Daha bir maraqlı fakta nəzər yetirək: bütöv mumyalama prosesi müəmmalı görünsə də, bu, insan bədəninin təbii sodium karbonatla bürüməkdir. Bu maddə bu gün təbii halda Misirdə də tapılan duzdur. Tez qurusun deyə duz bədənin içərisinə yerləşdirilirdi. Hətta orqanlar da bu yolla saxlanılırdı və dolçalara yığılırdı.
Duz üstündə dünyada bir çox müharibələr də olmuşdur. Vətəndaş Müharibəsi döyüşlərində BŞ-da duz üstündə vuruşmuşlar. Köhnə Amerikan Qərbində El Paso Duz müharibəsi baş vermişdir. Əsas dünyəvi duz müharibələri isə İordaniya çayı böyunca baş vermişdir. Napoleon qoşununda duz çatışmadzlığından geri çəkilməyə məcbur olmuşdur. Roma duz ticarəti bir sıra konfliktlərin mənbəyi olmuşdur. Qısacası, duzun uzun və təhlükəli tarixi olmuşdur.
Bildiyimiz kimi, duz yeməyin dadını və keyfiyyətini qoruyan ən gözəl yoldur, bəzi mədəniyyətlərə görə isə bu, həmçinin ətrafdakı şər qüvvələrdən qoruyur. Əslində isə şər qüvvələrin duz vasitəsilə dəf edilməsi bir sıra müxtəlif dinlərdə mövcuddur və istifadə olunmaqdadır. Qədim Yunanlar duzu dini ayinlərdə, Şintoizmdə (Yaponyanın yerli dini) ondan ətrafın saflaşdırılmasında, Buddizmdə şər ruhların rədd edilməsində və çoxlu bütpərəst ayinlərdə də istifadə olunur. Göründüyü kimi, ta qədimdən duz bütün dünyada yüksək dəyərə malik olmuşdur. Bu səbəbdən də, insanlar onun boş yerə getməsini uğursuzluq kimi dəyərləndirirdilər. Avropalılar bu xürafatın Leonardo da Vinçidən gəldiyinə inanırlar. Onun
İudanın sonuncu şam yeməyi adlı əsərində xainin duz qabını aşırdığı görünür. Buna görə də avropalılar duzun tökülməsinin pis əlamət olduğunu düşünürlər. Duzla bağlı inamlar milli düşüncəmizdə də mövcuddur. Duzun yandırılaraq bəd nəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də duzun tökülməsinin pis əlamət olması ilə bağlı inamlar bu gün də xalq tərəfindən qorunub saxlanılmaqdadır.
Qədim dövrlərdə yaşayan insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və s.) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən əşyalardan bacarıqla istifadə etmişlər: ox göndərməklə müharibə, qəlyan göndərməklə sülh, duz göndərməklə dostluq, qızıl gül göndərməklə sevgi, eşq-məhəbbət və s. anlayışlar o dövrün ibtidai yazı formalarının bariz nümunələrindəndir.
Naxçıvan Duzdağı yalnız qeyd olunan yüksə məziyyətlərə malik olan, qida, kimya sənayesi, əkinçilik, maldarlıq, məişət və s. sahələrdə istifadə edilən əvəzsiz mineral olan duz istehsalı üçün istismar edilmir. Eyni zamanda Duzdağ dünyanın turizm və müalicə əhəmiyyətli məkanıdır. Hələ Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi
Naxçıvandakı duz mədəninin şaxtasından müalicə məqsədilə istifadə etmək haqqında təşəbbüs irəli sürmüş və bu məqsədə nail olmuşdur. Qısa bir zaman kəsiyində bu öz müalicəvi əhəmiyyətini sübut etmişdir. Hər il dünyanın bir çox ölkələrindən, o cümlədən respublikamızın digər bölgələrindən bronxial-astma və ağciyər xəstəliklərinin müalicəsi məqsədilə yeraltı və yerüstü şöbələrdən ibarət olan Duzdağ Fizioterapiya Mərkəzinə 4000-ə yaxın müraciət olunur. Bu isə öz növbəsində turizmin potensialının inkişafına və bölgə iqtisadiyyatının yüksəlməsinə öz töhfəsini verməkdədir.
Bu qədər yüksək dəyərə malik olan təbii sərvətə Naxçıvan Muxtar Respublika rəhbərliyi daim diqqət və qayğısını əsirgəməmiş, 1979-cu ildə yaradılan bu müalicəxana Ali Məclisin Sədrinin tapşırığı ilə 2006-cı ildə yenidən qurularaq müasir standartlara cavab verən, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli müalicə mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 aprel 2012-ci il tarixli
“Naxçıvan: İlkin şəhər və Duzdağ” Mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında və 12 sentyabr 2017-ci il tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamlarıı Naxçıvan tarixinin və mədəniyyətini özündə əks etdirən Duzdağın öyrənilməsinə və dünyada təbliğinə olan diqqətinin bariz nümunəsidir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 17 may 2019-cu il tarixli “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən Duzdağ və duzun əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərinin, duzdan məişətdə, sənayedə, tibbdə və başqa sahələrdə istifadə imkanlarının araşdırılmasının, əldə edilən nəticələrin müxtəlif çap məhsullarında əks olunması muxtar respublikanın səhiyyə turizminin inkişafına əvəzsiz töhfədir.Leyla Səfərova
AMEA Naxçıvan Bölməsinin
Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi

Baxış sayı: 2 467
Bölməyə aid digər xəbərlər
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi













