Bütün xəbərlər
Ermənistan parlamenti dəvət almadan Aİ-yə daxil olmaq niyyəti haqqında qanunu qəbul edib
Tarix: 26-03-2025 11:43 | Bölmə: Siyasət

Ermənistan parlamenti dəvət almadan Aİ-yə üzv olmaq niyyəti haqqında qanunu qəbul edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Avropa İttifaqına daxil olması haqqında qanun birliyin İrəvana üzvlüklə bağlı belə bir təklif irəli sürməməsinə baxmayaraq, respublikanın milli parlamenti tərəfindən qəbul edilib. Bunu yerli televiziya kanalları tərəfindən yayımlanan iclasda qanunverici orqanın sədri Alen Simonyan deyib.
Ölkə müxalifəti bu qanunu absurd adlandırıb.
“64 deputat qanun layihəsinin qəbulunun lehinə, 7-si əleyhinə səs verib, qərar qəbul edilib”, - Simonyan iclas zamanı izah edib.
Xatırladaq ki, fevralın 12-də Ermənistan parlamenti assosiasiyanın ölkəyə üzvlük təklif etmədiyini nəzərə alaraq, respublikanın Aİ-yə daxil olması prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə buna neytral cavab verib və Ermənistanın istəyini İrəvanın suveren hüququ adlandırıb.



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər