23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
Bütün xəbərlər
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
Tarix: 20-09-2026 18:47 | Bölmə: Digər

Tanzaniyanın Nqoronqoro Qoruq Bölgəsində on şir ölü tapıldı; zəhərlənmə ehtimalı istisna edilmir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" bu məlumatı qoruq administrasiyasına istinadən yayıb.
Heyvanların cəsədləri 18 sentyabr cümə günü tapılıb.
İlkin məlumata görə, heyvanlar zəhər qəbul etdikdən sonra ölmüş ola bilər.
ADMİNİSTRASİYANIN BƏYANATINDA DEYİLİR.
Qoruq işçiləri hadisənin səbəblərini araşdırır.
Nqoronqoro Qoruq Bölgəsi təxminən 8200 kvadrat kilometr ərazini əhatə edir və milyonlarla il əvvəl qədim vulkanın püskürməsi nəticəsində əmələ gəlmiş nəhəng bir krater üzərində yerləşir. Qoruq UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və tez-tez "cənnət" adlandırılır.Açıq mənbələrə görə, qoruqda təxminən 30.000 iri heyvan yaşayır.




Baxış sayı: 16


Bölməyə aid digər xəbərlər