Bütün xəbərlər
Miqrantların qanunsuz leqallaşdırılması kanalı dayanıb
Tarix: 11-02-2025 20:11 | Bölmə: Siyasət

Sevastopolda Mərkəzi Asiyadan olan 500-dən çox insanın qanunsuz leqallaşdırılması üçün kanal təşkil edən cinayətkar qrupun fəaliyyəti dayandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 2024-cü ildə tikinti şirkətinin baş direktoru, onun sürücüsü, hüquqşünas və polis əməkdaşı miqrantların rayon ərazisində qeyri-qanuni yaşamağa və işləməsinə imkan verən saxta sənədlərin hazırlanmasını təşkil ediblər.
Onlara qarşı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xarici vətəndaşların Rusiya Federasiyasında qanunsuz qalmasının təşkili maddəsi ilə cinayət işi açılıb. Regional FSB-nin məlumatına görə, onları 10 ilə qədər həbs gözləyir.





Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol