Bütün xəbərlər
Zaxarova Aİ-də rus mediasının Telegram kanallarını bloklamaq üçün simmetrik tədbirlər görəcəyini açıqlayıb
Tarix: 29-12-2024 23:08 | Bölmə: Siyasət

Rusiya Avropa ölkələrində Rusiya KİV-lərinin Telegram kanallarının bloklanmasına simmetrik cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya tərəfi söz azadlığını qoruyan beynəlxalq strukturların adekvat reaksiyasına ümid edir. Məsələn, BMT, YUNESKO və ATƏT. Lakin əvvəllər bu təşkilatların nümayəndələri rusiyalı jurnalistlərə qarşı hücumlara məhəl qoymayıblar.
“Bizim mediaya edilən bu və buna bənzər hücumlar Rusiya tərəfinin diqqətindən yayınmayacaq”, - deyə, Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirib.
O əlavə edib ki, neoliberal Qərbin hərəkətləri siyasi senzura aktı kimi qiymətləndirilir.
Bundan əvvəl xəbər verilmişdi ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Roskomnadzorla Ukraynanın təbliğat Telegram kanallarını bloklamaq tələbi ilə əlaqə saxlamağa söz verib.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər