Bütün xəbərlər
Peskov: "Tramp prezident olanda Rusiya və ABŞ arasında dialoq olub"
Tarix: 17-07-2024 14:47 | Bölmə: Siyasət

Donald Trampın prezidentlik dövründə Rusiya Federasiyasına qarşı bir çox məhdudiyyətlər tətbiq edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq, Moskva və Vaşinqton siyasi dialoqu davam etdirdilər. Bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bilirsiniz ki, Trampın dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə edilmədi, əksinə, Trampın dövründə getdikcə daha çox yeni məhdudiyyətlər tətbiq olundu”. Lakin Rusiya Federasiyası və ABŞ-ın dialoqu davam etdirməsi müsbət element hesab edilməlidir, Kreml nümayəndəsi əlavə edib.
Bir gün əvvəl Tramp "Bloomberg"ə verdiyi müsahibədə Vladimir Putinlə “yaxşı münasibətləri” olduğunu, onları “heç vaxt münaqişələrlə təhdid etmədiyini” söylədi. Bununla yanaşı, dövlət başçısı Rusiyaya qarşı sanksiyaların tərəfdarı olmadığına işarə edib.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər