14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
"Politico": Harris və Klinton seçkidə Trampa qalib gələ bilər
Tarix: 09-07-2024 17:34 | Bölmə: Siyasət

“Politico” qəzetinin yazdığına görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampa qalib gələ bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seçicilərin 42%-i demokrat, ABŞ prezidenti Co Baydenə, 43%-i Trampa, 5%-i üçüncü partiyaya səs verəcək, respondentlərin 10%-i isə qərarsız qalıb.
Harrisin namizədliyini seçicilərin 42%-i, Trampı isə 41%-i dəstəkləyəcəkdi. Klinton 43%, Tramp isə 41% səs alacaqdı.
Bu arada seçicilərin 86%-i Bayden-Tramp seçki debatını izləyib. Onların 61%-i hesab edir ki, Bayden yaxın 4 ildə ABŞ prezidenti vəzifəsini icra etmək üçün kifayət qədər əqli və fiziki qabiliyyətlərə malik deyil.
Sorğu iyulun 2-dən iyulun 6-dək qeydə alınmış min seçici arasında aparılıb.


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər