Bütün xəbərlər
İranda prezident seçkilərində iştirak tarixinin ən aşağı göstəricisi olub - 40%
Tarix: 29-06-2024 14:34 | Bölmə: Siyasət

İranda prezident seçkilərinin birinci turunda seçicilərin yalnız 40%-i səs verib - bu, ölkə tarixində ən aşağı seçici fəallığıdır, seçki kampaniyasının sözçüsü Möhsün Eslami IRIB TV-nin efirində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, səslərin ümumi sayı 24,5 milyon, korlanmış bülletenlərin sayı isə 1 milyona yaxın olub. Halbuki ölkədə cəmi 61 milyon seçici var.
İslam Respublikasında növbədənkənar prezident seçkiləri prezident İbrahim Rəisinin təyyarə qəzasında həlak olmasından sonra təyin edilib.
Birinci turda səslərin sayına görə liderlər İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan və İslam Respublikasının ruhani liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili olub. Lakin onların heç biri qalib gəlmək üçün lazım olan 50%-dən çox səs toplaya bilməyib. Prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin edilib.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər