12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Türkiyə CFE müqaviləsini dayandırır
Tarix: 05-04-2024 16:28 | Bölmə: Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin 2024-cü il aprelin 8-dən dayandırılması haqqında fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə qanunlarına görə, ölkə prezidentinin dövlətin beynəlxalq müqavilələrdə iştirakını dayandırmaq hüququ var. Bunun üçün parlamentin razılığı tələb olunmur.
RİA Novosti xatırladır ki, ötən ilin noyabrında NATO rəhbərliyi alyansın bir neçə üzvünün CFE Müqaviləsini dayandırmaq niyyətində olduğunu bəyan edib. Rusiya Federasiyası 2007-ci ildə bu müqaviləni dayandırdı və nəhayət 2023-cü ildə onu denonsasiya edib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər