14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Makron Rusiya ilə münaqişə olacağı təqdirdə ABŞ və NATO-dan kömək istəməyəcək
Tarix: 03-04-2024 15:55 | Bölmə: Siyasət


Fransa prezidenti Emmanuel Makron Rusiya Ukraynada yerləşən Fransız əsgərlərinə hücum edərsə, NATO və ya ABŞ-dan kömək istəməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan rəsmilərə istinadən yazır.
Anonim mənbə bildirib ki, ABŞ prezident administrasiyası Rusiyanın Fransa əsgərlərinə hücum edə biləcəyindən narahatdır. Bu, Fransanı və ola bilsin ki, digər Qərb ölkələrini münaqişəyə cəlb etmək riski daşıyır.
Makronun Ukraynaya qoşun yeritmək təklifi orada hər hansı bir Qərb personalı həlak olarsa, müttəfiqlərin necə cavab verəcəyi ilə bağlı müzakirələrə səbəb olub. Bununla belə, Fransa lideri əmin edib ki, hadisələrin bu cür inkişafı zamanı ABŞ və ya NATO-nun müdaxiləsinə ehtiyac qalmayacaq.
Bundan əvvəl Makron bildirib ki, Fransa Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər