12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rəisi: "İran İsrailin Dəməşqdəki konsulluğuna hücumuna cavab verəcək"
Tarix: 02-04-2024 13:43 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi iki İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı və onların beş köməkçisinin İsrailin hücumları nəticəsində həlak olması ilə bağlı İran xalqına başsağlığı verib.
“Bu generallar Suriyada yüksək İslami və bəşəri dəyərləri qorumaq üçün baş məsləhətçilər kimi iştirak edirdilər”, - deyə, Rəisi əlavə edib, İran prezidentinin ofisindən bildiriblər.
Öz növbəsində Livan Hizbullah hərəkatı İsrailin İran konsulluğuna endirdiyi hava zərbələrinə cavab veriləcəyini bildirib.
İsrail ötən gün Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına hava zərbələri endirib. İki İran İnqilabı Keşikçiləri Korpusunun generalı, həmçinin müxtəlif ştatların on nəfərə qədər vətəndaşı öldürülüb.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər