14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Krokus” terror aktı ilə bağlı qalmaqallı yazıların müəllifi terrora haqq qazandırdığı üçün həbs edilib
Tarix: 27-03-2024 21:03 | Bölmə: Siyasət

Sankt-Peterburq məhkəməsi sosial şəbəkələrdə "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı bəyanatlar dərc etdikdən sonra terrora haqq qazandırmaqda ittiham olunan Nikolay Konaşenkonu həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun barəsində mayın 25-dək həbs qətimkan tədbiri seçilib.
Bu barədə çərşənbə günü şəhər məhkəmələrinin birgə mətbuat xidmətinin teleqram kanalında məlumat verilib. Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği) ilə ittiham olunub. İclasda o, təqsirini boynuna almayıb.
Konaşenko martın 25-də axşam saatlarında Pulkovoda İrəvana uçmaq istəyərkən saxlanılıb. Hüquq-mühafizə orqanları daha sonra onun terrorizmi dəstəkləmədiyini bildirən “islamçıların yalnış məqsədləri” ilə bağlı bir sıra paylaşımlarına görə üzr istəməsinin videosunu dərc edib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər