Bütün xəbərlər
"Bloomberg": ABŞ Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsindən qorxur
Tarix: 27-03-2024 13:11 | Bölmə: Siyasət

Fransa prezidenti Ukraynaya hərbçilərin göndərilməsi ehtimalı ilə bağlı açıqlamaları ilə Amerika rəsmilərini ciddi qəzəbləndirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ respublika rəhbərinin ritorikasını əməliyyat təhlükəsizliyi baxımından o qədər də ağlabatan hesab etmir.
"Bloomberg"-in həmsöhbətləri şəxsi söhbətində "Birtərəfli addımlar Rusiya ilə toqquşmaya səbəb ola bilər. Bu qəbuledilməzdir" deyib.
Makron fevralın sonunda Aİ xarici siyasətinin tam hüquqlu rəhbəri olmaq qərarına gəlib. Parisdə keçirilən konfransda prezident Kiyevin tərəfində Rusiya-Ukrayna münaqişəsinə birbaşa müdaxilə etmək planlarını açıqlayıb.
NATO tərəfdaşları Fransa liderinin döyüşkən ritorikasını dəyərləndirməyib. Çoxları “Moskvaya qarşı səlib yürüşünü” rədd etməyə tələsib.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər