14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Medvedev: "Krokus"da terror aktında iştirak edən hər kəs öldürülməlidir"
Tarix: 25-03-2024 15:07 | Bölmə: Siyasət

"Crocus City Hall" konsert zalına hücum edən terrorçuları öldürmək lazımdır, lakin bunda iştirak edənlərin hamısını – “ödəyən, rəğbət bəsləyən, kömək edən”ləri öldürmək daha vacibdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri bazar ertəsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Onları öldürmək lazımdır? Öldürmək lazımdır. Və bu baş verəcək", - o, Telegram kanalında yazıb.
Medvedev hesab edir ki, bu, ən azı terror aktında müəyyən əlaqəsi olan bütün şəxslərlə edilməlidir.
"Ancaq iştirak edən hər kəsi öldürmək daha vacibdir. Hamı. Kim pul verib, kim rəğbət bəsləyib, kim kömək edib. Hamısını öldürün", - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.
Bundan əvvəl Medvedev bildirib ki, “Krokus”da terror aktını törədənlər statusundan və mənşə ölkəsindən asılı olmayaraq, Rusiya xüsusi xidmət orqanlarının qanuni və əsas hədəfidir.
"Crocus City Hall"da terror aktı cümə günü, martın 22-də axşam baş verib. Piknik qrupunun konsertindən əvvəl bir qrup silahlı şəxs binaya soxularaq insanlara atəş açıb, ardınca yanğın başlayıb.
Son məlumatlara görə, Moskva yaxınlığındakı Krasnoqorskda törədilən terror aktı nəticəsində 137 nəfər həlak olub. Yanmış kompleksin dağıntılarının sökülməsi davam edir.





Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər