14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İrəvanda polis bölməsinə hücumdan sonra "terrorçuluq" maddəsi ilə cinayət işi açılıb
Tarix: 24-03-2024 21:53 | Bölmə: Siyasət

Ermənistan İstintaq Komitəsi İrəvanın şimalında Nor-Nork polis bölməsinə üç silahlı şəxsin silahlı hücumundan sonra “terrorçuluq” maddəsi ilə cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edən üç silahlı şəxsdən ikisi qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib. Onlar qumbara atmaq istəsələr də, onun partlaması nəticəsində özləri də yaralanıblar. Qurbanların ayaqları yaralanıb. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Üçüncü terrorçu da əlində tutduğu sancaq çıxarılmış qumbaranı partlatmaqla hədələyib. Onunla danışıqlar saat yarım davam edib. Daha sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən polis idarəsinin girişində zərərsizləşdirilərək saxlanılıb. Polis idarəsinə hücum zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb.
Ermənistan polisinin sözçüsü Narek Sarkisyan bildirib ki, hücum edənlərin hər hansı təşkilatla əlaqəsi və onların tələbləri barədə məlumat yoxdur.
Hadisənin bütün şəraitinin müəyyən edilməsi üçün hücum yerində araşdırmalar aparılır.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər