23:46 / 10-06-2026
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
23:44 / 10-06-2026
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
19:15 / 10-06-2026
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
19:11 / 10-06-2026
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
19:04 / 10-06-2026
Mayqurov Rusiya Biatlon Birliyinin yenidən prezidenti seçildi
19:00 / 10-06-2026
KTMT ölkələri üzvlük haqqını ödəmədiyinə görə Ermənistanı cəzalandırmağı nəzərdən keçirəcəklər
18:57 / 10-06-2026
ABŞ qüvvələri gecə İranda 20 hədəfə zərbə endirib
18:53 / 10-06-2026
Stubb bildirib ki, AB ilə Rusiya arasında danışıqlar aparan rolunu axtarmır
18:50 / 10-06-2026
Fransa Ukraynanın AB-yə qoşulacağı təqdirdə Rusiya ilə müharibədən qorxur
18:47 / 10-06-2026
"Fox News" Trampın İranla bağlı qarşıdakı planlarını açıqladı
18:44 / 10-06-2026
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
18:40 / 10-06-2026
Miqrantlar üçün rüsumların artırılması qərarını düzgün qərar adlandırdı
18:36 / 10-06-2026
2026-cı ildə Rusiyada 40.000-dən çox uşaq düşərgəsi fəaliyyət göstərəcək
18:33 / 10-06-2026
Kənd təsərrüfatı firmasına edilən hücumda yaralanan üç kişidən biri xəstəxanada vəfat edib
18:25 / 10-06-2026
Vahid Dövlət İmtahanında fırıldaq etmək məktəblilər üçün şantajla nəticələnə bilər
18:17 / 10-06-2026
Rusiya və Almaniya arasında dialoq üçün şərtlər müəyyən edilib
18:11 / 10-06-2026
Üç Avropa federasiyası Rusiya milli xokkey komandasına qarşı çıxış edib
18:08 / 10-06-2026
Beş yaşlı uşaq həyətdəki yola qaçaraq çıxıb və maşın vurub
18:05 / 10-06-2026
Avropa Parlamentinin üzvləri Rusiya ilə yaxınlaşmanın tərəfdarıdırlar
23:36 / 09-06-2026
Əraqçi xarici qüvvələri İran ərazisinə yaxın əraziləri tərk etməyə çağırdı
21:34 / 09-06-2026
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
21:09 / 09-06-2026
Sağlamlıq düşərgəsində uşaqlar bağırsaq infeksiyasına yoluxublar
21:03 / 09-06-2026
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
20:56 / 09-06-2026
Yeniyetmə "Əbədi məşəl"i təhqir etdiyinə görə mühakimə olunacaq
20:49 / 09-06-2026
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
20:46 / 09-06-2026
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
20:44 / 09-06-2026
CNN Trampın İran sazişi ilə bağlı bütün açıqlamalarını saydı
10:03 / 09-06-2026
Si Cinpin və Kim Çen In Çin ilə KXDR arasında əməkdaşlığın genişləndirilməsini elan etdilər
10:00 / 09-06-2026
Bundestaq üzvü Merzin könüllü istefasına ümid etməməyə çağırıb
09:53 / 09-06-2026
Zəlzələ nəticəsində ən azı 37 nəfər ölüb, 456 nəfər yaralanıb
09:50 / 09-06-2026
İki mərtəbəli avtomobil salonu yanıb
09:47 / 09-06-2026
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
09:43 / 09-06-2026
Qərb Ukraynaya "Oreşnik" raket zərbəsindən sonra Odessada panikaya düşdüyünü bildirdi
09:38 / 09-06-2026
Oğurluqda şübhəli bilinənlər saxlanılıb
Aleksandr Bastrıkin ölkəmizdə işgüzar səfərdədir
Tarix: 20-03-2024 13:29 | Bölmə: Siyasət

Baş prokuror Kamran Əliyevin dəvətilə martın 19-da Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
İlk öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Daha sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları cənab İlham Əliyev və cənab Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, ötən ilin sentyabr ayında isə 24 saatdan az davam edən lokal xarakterli antiterror əməliyyatlarının uğurla başa çatması ilə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa edildiyini vurğulayıb.
Kamran Əliyev, həmçinin müharibədən sonrakı dövrdə ölkə Prezidentinin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurdlarına qayıdışı və bu istiqamətdə görülən sistemli işlərdən bəhs edib.
Baş prokuror prokurorluqda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini vurğulayıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Aleksandr Bastrıkin göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq, prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.
Nümayəndə heyəti üzvləri daha sonra Baş Prokurorluğun tarix muzeyində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış güşə, Azərbaycan Prokurorluğunun zəngin tarixi, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu bölmə, eləcə də digər sənəd və eksponatlarla tanış olublar.
Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi “Vəzifə borcuna sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.
Ölkəmizə işgüzar səfəri çərçivəsində A.Bastrıkin Baş Prokurorluğun, eləcə də digər istintaq qurumlarının rəhbərləri və əməkdaşları, həmçinin Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvlərinin və vəkillərin qatıldığı Baş Prokurorluğun yeni inzibati binasında təşkil olunmuş “İstintaq təcrübəsinin aktual problemləri” mövzusuna həsr olunmuş elmi-praktik konfransda iştirak edib. İstintaq Komitəsinin sədri konfransda geniş mühazirə ilə çıxış edərək, tədbir iştirakçılarının suallarını cavablandırıb.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin ölkəmizə işgüzar səfəri başa çatıb.
Sabaha-inamla.az

Baxış sayı: 236
Bölməyə aid digər xəbərlər

Dünən, 18:44
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
9-06-2026, 21:34
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
9-06-2026, 21:03
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
9-06-2026, 20:46
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
9-06-2026, 09:43
Qərb Ukraynaya "Oreşnik" raket zərbəsindən sonra Odessada panikaya düşdüyünü bildirdi
8-06-2026, 18:19
Lavrov hər kəsi Putinin danışıqlar və Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) haqqında dediklərinə ciddi yanaşmağa çağırdı
8-06-2026, 17:34
Ukrayna Avropa Birliyindən 2,8 milyard avroluq yeddinci tranşı aldı
8-06-2026, 09:56
Polyanski: "ATƏT üzvləri Avropa İttifaqının mövqeyinə görə Rusiya ilə dialoq apara bilmirlər"
8-06-2026, 09:54
Səslərin yarısından çoxu sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 50%-dən azını toplayıb
7-06-2026, 08:09
Çin Belarusun suverenliyinin müdafiəsində ona dəstək olmağa hazır olduğunu bəyan edib
4-06-2026, 23:12
Putin: "Rusiya-Hindistan-Çin əlaqəsi hər kəsə kömək edir"
4-06-2026, 16:03
Medvedev Qərb elitalarına etimadsızlığa çağırdı
3-06-2026, 08:00
Rusiyaya Avropa İttifaqına Tramp kimi yanaşmağı tövsiyə edir
2-06-2026, 21:17
Rusiya Xarici İşlər Nazirliyi Londonun Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə çalışdığını bildirib
1-06-2026, 17:28
Medvedev Paşinyana Leon Trotskinin sonunu xatırlatdı
31-05-2026, 21:05
Bütün Ermənilərin Katolikosu Ermənistanda ədalətli seçkilərə çağırır
31-05-2026, 17:04
Peskov AB-nin "Qırmızı xətlər"lə bağlı müzakirələrini dayandırdı
31-05-2026, 16:37
Ermənistanda hakimiyyət orqanları kilsəni zəiflətməyə çalışır
31-05-2026, 16:25
Putin Qazaxıstanda keçirilən AİB sammiti çərçivəsində Kuba nümayəndə heyəti ilə danışıb
30-05-2026, 15:54
Voronin Maya Sandunun seçki kampaniyasını xaricdəki seçki məntəqələrində seçki saxtakarlığında günahlandırdı
30-05-2026, 11:41
Rusiya Norveçin təhdid planlarına cavab verəcəyinə söz verib
30-05-2026, 11:30
"JW": Ukrayna üçün maliyyələşdirmə ilə bağlı AB fikir ayrılıqları
29-05-2026, 23:04
Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır-Könül Nurullayeva
29-05-2026, 14:19
Krım Zelenskinin məktubunda Trampdan nə istəməli olduğunu izah etdi
29-05-2026, 12:44
MDB-nin baş katibi Lebedev Paşinyanın AİB sammitində iştirak etməməsinin səbəbini izah etdi
29-05-2026, 12:35
Lebedev: Moldova MDB-dən çıxarkən 102 müqavilənin tərəfi olaraq qalmaq istəyini bildirdi
28-05-2026, 17:53
Zaxarova: "Yerevanın Rusiya Federasiyasından müşahidəçiləri akkreditasiya etməkdən imtina etməsi səhv başa düşülür"
28-05-2026, 09:27
Milli birlik sayəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib-Könül Nurullayeva
27-05-2026, 19:04
Paşinyan bildirib ki, Ermənistan varlanmağı planlaşdırdığı üçün yüksək qiymətlərdən qorxmur
27-05-2026, 18:26
Fransa Xarici İşlər Nazirliyi Kiyevdən təxliyə xəbərlərindən sonra Rusiya səfirini çağırdı
27-05-2026, 00:28
Vüqar Rəhimzadə: "Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi etdi"
26-05-2026, 14:30
Polşanın Kiyevdən diplomatlarını təxliyə etmək planı yoxdur
26-05-2026, 13:46
Çexiya Respublikasının müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyində 10 dəqiqəlik səfərdə olub
24-05-2026, 16:44
Paşinyan Ermənistanla Aİ arasında vizasız səyahətin tətbiq olunma müddəti barədə danışdı
24-05-2026, 16:34
Kallas Kiyevə "Oreşnik" hava hücumundan sonra Rusiyaya qarşı yeni AB sanksiyalarını açıqladı
24-05-2026, 16:21
Rusiya Qərbin reaksiyasına səbəb olmaq üçün nüvə təlimləri keçirmir
21-05-2026, 17:30
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
21-05-2026, 17:21
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi