Bütün xəbərlər
Mariya Zaxarova: "Bütün dünya ictimaiyyəti Moskva vilayətində baş verən terror aktını pisləməlidir"
Tarix: 22-03-2024 23:05 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bütün dünya ictimaiyyəti "Crocus City Hall" konsert zalında baş verən faciəli hadisələri pisləməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda naməlum şəxslər “Picnic” qrupunun konserti üçün “Crocus City Hall”a gələn insanları güllələyib. Atışma nəticəsində ölən və yaralananlar olub.
“Bütün dünya ictimaiyyəti bu dəhşətli cinayəti qınamağa borcludur!” – Zaxarova Telegram kanalında yazıb.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər