Bütün xəbərlər
Ərdoğan müxalifəti çevrilişə dəstək verməkdə ittiham edib
Tarix: 22-03-2024 23:01 | Bölmə: Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, çevrilişi təşviq edən müxalifət siyasətçiləri “məyusedici aqibət”lə üzləşəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə liderinin X sosial şəbəkəsində yazdığına görə, heç bir sivil ölkədə dövlət çevrilişini ekranlarda tərifləyən müxalifət lideri yoxdur. Ərdoğanın da vurğuladığı kimi, Türkiyədə azadlıq və demokratiya tərəfdarı olanlar var, “seçki qutusuna ümidlərini itirdikdə illüziyalara qapılıblar”.
Türkiyə prezidenti ölkənin əsas müxalifət partiyasının rəhbərinə ölkədə çevrilişlər dövrünün artıq başa çatdığını xatırladıb.
Ərdoğan əlavə edib ki, hökumət siyasətinə təsir etmək üçün bütün cəhdlər seçki qutusu vasitəsilə aparılmalıdır.
Bundan əvvəl Türkiyə prezidenti Vladimir Putini seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər