Bütün xəbərlər
Orban Qərbin Ukraynaya qoşun yeridəcəyini istisna etməyib
Tarix: 22-03-2024 15:01 | Bölmə: Siyasət

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı yeni dünya müharibəsinə səbəb ola bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Orbanın vurğuladığı kimi, əvvəlcə Qərb mərmi və sursat göndərdi, sonra tanklar, indi isə avropalı siyasətçilər qoşun göndərməkdən danışırlar. O əlavə edib ki, cəmi bir neçə ay əvvəl belə fikirlər absurd görünürdü, indi isə onlar reallığa çevrilib, buna müharibə spiralı deyirlər. Siyasətçi xəbərdarlıq edir ki, NATO ölkələrindən heç olmasa biri Rusiya ilə birbaşa hərbi münaqişəyə girərsə, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq.
Orban Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasından şoka düşdü, lakin Brüssel üçün “müharibə məntiqi” vacibdir. Macarıstanın baş nazirinin sözlərinə görə, Ukrayna münaqişəsinin gərginləşməsini dayandırmaq və sülh danışıqlarına keçmək lazımdır. O, Macarıstanın Rusiya ilə müharibə etmədiyinə də diqqət çəkib.
Orban vurğulayıb ki, avropalıların əksəriyyəti vəziyyətin sülh yolu ilə həllini istəyir. Amma Brüssel amerikalı milyarder Corc Sorosun təşkilatının əsiri olduğu üçün Aİ-də sülhsevər siyasət apara bilmir.
Daha əvvəl Orban bildirib ki, Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı ətraflı planı var.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər