Bütün xəbərlər
"Nice Matin": Makron Putini təqlid edir
Tarix: 21-03-2024 14:45 | Bölmə: Siyasət

Fransa prezidenti Emmanuel Makronun İnstaqram profilində (Rusiya Federasiyasında qadağan olunmuş sosial şəbəkə) dərc olunmuş rəsmi fotoşəkilləri Rusiya lideri Vladimir Putinin məşhur fotoları ilə müqayisə aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fotolarda Makronun boks məşqi zamanı yumruq torbasına yumruq atması və üzündə gərgin ifadə əks olunub. “Nice Matin” qəzeti qeyd edir ki, bu fotoşəkillər Putinin şəkillərini, yəni Sibirdə at üstündə və cüdo dərslərindən çəkilmiş şəkilləri xatırladır.
Putinin Rusiya prezidenti olduğu müddətdə Kremlin mətbuat xidməti dəfələrlə dövlət başçısının, o cümlədən Sibir Turnaları ilə uçuş və Tıvada istirahət zamanı xatirə şəkillərini yayıb.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər