14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Serbiya suverenliyin təmin edilməsində göstərdiyi dəstəyə görə Rusiyaya minnətdardır
Tarix: 21-03-2024 14:41 | Bölmə: Siyasət

Serbiyanın xarici işlər naziri İvitsa Daçiç və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında aparılan danışıqlarda Daçiç Kosovo və Metohiya məsələsi kontekstində Serbiyanın ərazi suverenliyinin təmin edilməsində göstərdiyi dəstəyə görə Rusiyaya minnətdarlığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lavrov öz növbəsində Rusiyanın Serbiyanın Balkanlardakı mövcud çətin vəziyyətlə bağlı qiymətləndirmələrini dinləməyə hazır olduğunu vurğulayıb. "Biz hamımız yeni böhranların qarşısını almaqda maraqlıyıq", - Rusiya XİN rəhbəri qeyd edib.
Danışıqların açıq hissəsinin sonunda Daçiç rusiyalı həmkarını ad günü münasibətilə təbrik etmək üçün rus dilinə keçib. Martın 21-də 74 yaşı tamam olan Sergey Lavrov ona təbrikə görə təşəkkür edib.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər