14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ukrayna Nazirlər Kabineti “müharibə sponsorlarının” siyahısı ilə səhifəni bağlayıb
Tarix: 20-03-2024 22:52 | Bölmə: Siyasət

Ukrayna Nazirlər Kabineti Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin (NACP) saytında dərc edilmiş beynəlxalq “müharibənin sponsorları” şirkətlər siyahısından imtina etmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Ukrayna Təhlükəsizlik Xidmətinin, Baş Prokurorluğun, NACP və nazirliklərin nümayəndələri ilə yanaşı, xarici ölkə səfirlərinin də iştirak etdiyi geniş iclasın yekunlarına əsasən qəbul edilib.
Ukrayna Xarici İşlər Nazirliyi belə bir siyahının Rusiya təcavüzünə qarşı qərarların qəbuluna mənfi təsiri barədə məlumat verib. Ədliyyə Nazirliyi məsələləri qanunvericilik səviyyəsində həll etmədən siyahının dərcini yolverilməz hesab edib. Milli Təhlükəsizlik və Müdafiə Şurası sanksiyalar siyasətini həyata keçirmək üçün əlavə qurumlara ehtiyac görməyib.
Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, siyahının olduğu səhifə bağlanacaq.
NAPC-nin qara siyahısına Avstriya bank qrupu Raiffeisen Bank, Amerikanın Procter&Gamble şirkəti, Fransanın Leroy Merlin mağazalar şəbəkəsi, ComNav Technology, Liberian International Ship & Corporate Registry, Fransanın Auchan supermarketlər şəbəkəsi, Macarıstanın OTP bankı, Bermudiya şirkəti Bacardi, Çin Alibaba, Amerika Philip Morris və Yapon Japan Tobacco daxildir.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər