Bütün xəbərlər
Rusiyalı diplomat seçkiləri təşkil etdiyinə görə Moldovadan çıxarılacaq
Tarix: 19-03-2024 13:54 | Bölmə: Siyasət

Rusiya Federasiyasında keçirilən prezident seçkilərində səs vermək üçün Dnestryanıda seçki məntəqələrinin təşkilində iştirak etmiş rusiyalı diplomata Moldovada persona non-qrata elan edilib və respublikadan çıxarılacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsova Rusiya Federasiyasında prezident seçkilərində səs vermək üçün Dnestryanı ərazisində seçki məntəqələrinin açılmasına etiraz edilib.
Moldova Xarici İşlər Nazirliyi də Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsova Moldova hakimiyyətinin qadağasına zidd olaraq Dnestryanı ərazisində seçki məntəqələrinin açılmasına etirazını bildirib.
Martın 17-də Rusiyanın Moldovadakı səfirliyi Dnestryanı bölgədə insanların Rusiya prezident seçkilərində səs verə biləcəyi altı seçki məntəqəsi açıb.
Həmin gün Rusiyanın Kişinyovdakı səfirliyinin binasına yanar qarışığı olan iki şüşə atılıb. Polis hücum edən şəxsi saxlayıb.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər