14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Lavrov: "Rusiya Federasiyası danışıqlara açıqdır, lakin “Zelenski formulası” üzrə görüşlərə deyil"
Tarix: 18-03-2024 21:25 | Bölmə: Siyasət

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin onu necə təqdim etməyə çalışsalar da, “Zelenski formulası” adlanan hər hansı bir təbliğatın əleyhinədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin hökumətinin Avrasiya üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşündə deyib.
Həmin görüşdə Li Hui və ŞƏT-in baş katibi Zhang Ming Lavrovdan Vladimir Putinə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş ediblər.
Onlar Rusiya liderinin Şanxay Əməkdaşlıq Təşkilatının inkişafına və Moskva ilə Pekin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd ediblər.
Xatırladaq ki, Vladimir Putin 2024-cü il prezident seçkilərində qalib gəlib. Onun namizədliyini rusiyalıların 87%-dən çoxu dəstəkləyib.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər