Bütün xəbərlər
Züqanov Putini Rusiya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
Tarix: 18-03-2024 13:54 | Bölmə: Siyasət

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Vladimir Putini Rusiya Federasiyasının prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin qeyd etdiyinə görə, indiki dövlət başçısı ruslardan kütləvi dəstək alıb.
"Biz hamımız bu seçkilərdə böyük dəstək alan Putini təbrik edəcəyik", - Züqanov bildirib. Eyni zamanda o, seçkilərin çətin şəraitdə keçirildiyini qeyd edib.
“Biz Putini nəinki təbrik edə bilərik, həm də ona rəğbət bəsləyə bilərik, lakin ona konkret göstərişlər verməyə borcluyuq”, - deyə, parlamentar əlavə edib.
Rusiyada prezident seçkiləri martın 17-də başa çatıb. Son məlumatlara görə, protokolların 99,74%-i işləndikdən sonra Vladimir Putin 87,29% səs toplayıb.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Rusiya Federasiyasında keçirilən prezident seçkilərində seçici fəallığı ölkənin müasir tarixində rekord göstərici olub və 77,44% təşkil edib.
Rusiyada prezident seçkilərinin rəsmi nəticələri martın 21-də açıqlanacaq.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər