Bütün xəbərlər
Parisdə Ukraynaya dəstək və Fransanın NATO-dan çıxmasına qarşı mitinq keçirilib
Tarix: 16-03-2024 21:35 | Bölmə: Siyasət

Parisdə Ukraynaya hərbi dəstək və Fransanın NATO-dan çıxmasına qarşı “Sülh naminə” aksiyası keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mitinqi sağçı Vətənpərvərlər partiyası təşkil edib.
Luvrun yaxınlığında bir neçə min insan toplaşıb. Nümayişçilər yanğınlar yandıraraq, NATO-dan çıxmağı və üçüncü dünya müharibəsinin qarşısının alınmasını tələb edən şüarlar səsləndiriblər.
RİA Novosti xəbər verir ki, mitinqin sonunda partiya lideri Florian Filippo Şimali Atlantika Alyansının bayrağını cırıb və bunu “təslim olmaq simvolu” adlandırıb.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər