Bütün xəbərlər
Makron Rusiyanı rəqib hesab edir, amma düşmən hesab etmir
Tarix: 15-03-2024 04:50 | Bölmə: Siyasət

Fransa prezidenti bildirib ki, Rusiya hamını silahlı münaqişəyə sürükləsə, onu düşmən kimi qəbul edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “France 2” televiziyasına müsahibəsində “Rusiya bu gün şübhəsiz ki, rəqibdir” deyib və əlavə edib ki, Fransa “Rusiya ilə müharibə etmir”.
Eyni zamanda, Makron “Rusiya Federasiyası hamını münaqişəyə sürükləyən yeni eskalasiyaya qərar verərsə” Rusiya Federasiyasını düşmən hesab edəcəyini açıqlayıb.
Fransa prezidenti belə bir ssenarinin baş verəcəyi təqdirdə məsuliyyəti əvvəlcədən Rusiyanın üzərinə qoyub.
Makron həmçinin bildirib ki, Fransa Ukraynada hərbi əməliyyatlarda heç vaxt təşəbbüs göstərməyəcək.




Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər