Bütün xəbərlər
Borrell: "Papa Fransisk heç kimin onu dəvət etmədiyi bağçaya girdi"
Tarix: 14-03-2024 15:48 | Bölmə: Siyasət

Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Josep Borrell Papa Fransiskin Ukraynanın təslim olmasının zəruriliyi ilə bağlı bəyanatlarını tənqid edərkən yenidən “bağ” analogiyalarına müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Borrellin bildirdiyinə görə, indi Kiyev rejimini təslim olmağa çağırmağın vaxtı deyil.
"Əzizləri, papa heç kimin onu dəvət etmədiyi bağçaya girdi"-Josep Borrell RNE radiosuna deyib.
Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, Papa Fransisk Ukraynaya “sülhdən daha çox” arzulayıb. Ukraynaya yardımı davam etdirmək lazımdır, deyə, Borrell yekunlaşdırıb.
2022-ci ildə Avropa Diplomatik Akademiyasının açılışı zamanı Borrell “imtiyazlı” Avropanın “bağ” və onu əhatə edən dünyanın “cəngəllik” olduğunu söyləyib.
Avropanın baş diplomatı daha sonra Avropanı ətyeyənlər dünyasındakı ot yeyən heyvanla müqayisə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Borrelin bir çox açıqlamalarını irqçi adlandırıb.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər