Bütün xəbərlər
Duda Trampla görüşmək istəyirdi, lakin Bayden administrasiyası buna qarşıdır
Tarix: 12-03-2024 22:27 | Bölmə: Siyasət

Polşa prezidenti Anjey Duda ABŞ-a səfəri zamanı keçmiş prezident Donald Trampla görüşmək istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Duda və Polşanın baş naziri Donald Tusk ABŞ-a səfər edir və onların cədvəlinə ABŞ lideri və Amerika parlamentinin hər iki palatasının üzvləri ilə görüşlər daxildir. Duda Trampla görüşmək istəyib, lakin ABŞ administrasiyası buna qarşı çıxıb.
Bir çox müşahidəçilər hesab edir ki, Tramp Dudanın fəal üzvü olduğu müxalif Hüquq və Ədalət partiyasının dəstəyinə malikdir.
Bundan əvvəl Polşa ABŞ-a respublika ərazisində daha çox amerikalı əsgər yerləşdirmək, Ukraynaya daha çox hərbi texnika vermək və Donald Trampın seçki bəyanatlarını təkzib etmək üçün üç tələb irəli sürüb. Bunun müqabilində Polşa ABŞ-dan hərbi texnika almağa davam etməyi öhdəsinə götürüb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər