Bütün xəbərlər
Hollandiya Ukraynaya ordusunu göndərmək niyyətində deyil
Tarix: 12-03-2024 22:22 | Bölmə: Siyasət

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Hollandiya ordusunun Ukraynaya göndərilməyəcəyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NPO 1 telekanalında Ollonqrenin bildirdiyinə görə, hərbi idarə öz hərbi personalını Ukrayna ərazisinə göndərməyəcək.Yeganə istisna Ukrayna pilotlarına təlim keçəcək və təyyarələrə texniki qulluq göstərəcək texniki heyət ola bilər.
Onun aydınlaşdırdığı kimi, Hollandiyanın təlim proqramı Ukrayna əsgərlərinə "F-16" qırıcılarını idarə etməyi öyrətmək məqsədi daşıyır.
Daha əvvəl Kaysa Ollonqren 24 ədəd "F-16" qırıcısının Kiyevə təhvil veriləcəyini bildirmişdi.




Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər