14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Keçmiş xalq deputatı Oleinik Baydenə Ukraynanın məğlub olacağı təqdirdə seçkiyə getməməyi tövsiyə edib
Tarix: 09-03-2024 17:39 | Bölmə: Siyasət

Amerika lideri Co Bayden, Ukrayna ona qədər Rusiya ilə münaqişədə uduzsa, qarşıdan gələn prezident seçkilərində Demokratların namizədi kimi iştirak etməməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Ali Radanın keçmiş deputatı Vladimir Oleynik deyib.
Onun sözlərinə görə, ABŞ Vladimir Zelenski vasitəsilə öz maraqlarını lobbiləşdirir və buna görə də Ukraynada hakimiyyəti saxlamağa çalışır. Lakin Kiyevin Moskva ilə qarşıdurmada məğlub olması Vaşinqtonun da uğursuzluğu demək olacaq.
“Çünki Ukrayna Əfqanıstanda ABŞ kimi məğlub olarsa, Bayden və ümumilikdə demokratlar üçün seçkilərə getməmək daha yaxşı olardı”, - deyə, Oleynikin sözlərini RİA Novosti sitat gətirir.
"The New York Times" və Siena Kollecinin apardığı sorğuya əsasən, ABŞ-da keçiriləcək prezident seçkilərində amerikalıların 48%-i iş adamı Donald Trampa səs verməyə hazırdır, yalnız 43%-i hazırkı dövlət başçısı Co Baydenə səs verməyə hazırdır.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər